00:00 · 25.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?
Səhiyyə

Çay içənlərə XƏBƏRDARLIQ

Yeni araşdırma çay içmə vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb.

Araşdırma çərçivəsində Çində yaşayan 30-79 yaş arası 485 mindən çox insanın məlumatları təhlil edilib.

Təxminən 9 il davam edən müşahidələr zamanı ürək-damar xəstəlikləri ilə bağlı 14 800-dən çox hal qeydə alınıb. Araşdırmaya görə, həftədə ən azı 3 gün çay içən şəxslərdə damar xəstəlikləri riski daha az çay içənlərlə müqayisədə təxminən 11 faiz aşağı olub. Qara çay və orta tündlükdə dəmlənmiş çay da daha aşağı risklə əlaqələndirilib.

Lakin çayı çox isti içən şəxslərdə damar xəstəlikləri riski müntəzəm çay içməyənlərlə müqayisədə 16 faiz yüksək qeydə alınıb. Tədqiqatda ən aşağı təxmin edilən risk gündə təxminən 6-8 stəkan çay içənlər arasında müşahidə olunub. Bununla belə, alimlər bu miqdarın hər kəs üçün ideal norma hesab edilməməli olduğunu vurğulayıblar.

Mütəxəssislər çayı ağız və boğazı yandıracaq qədər isti içməməyi, mümkün qədər şəkərsiz istehlak etməyi və gündəlik kofein qəbuluna diqqət yetirməyi tövsiyə edirlər.

Qeyd edək ki, tədqiqat “Journal of Internal Medicine” jurnalında dərc olunub. (Publika.az)