00:00 · 25.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?
Mövqe

İran amerikalılara qarşı hücumlar hazırlayır – KİV

ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib.

Uluyol.ifo Oxu.az-a istinadən xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məlumat yayıb.
ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun dövlət katibi Marko Rubi¬oya göndərdiyi memorandumda Dövlət Departamentinin əməkdaşları üçün təhlükə barədə xəbərdarlıq edilib.

Amerika qurumlarının qiymətləndirməsinə görə, fevralda müharibə başlayandan bəri Yaxın Şərqdə və bir sıra digər ölkələrdə ABŞ vətəndaşları üçün təhlükə ən yüksək səviyyəyə çatıb. ABŞ Prezidenti Donald Tramp və onun yaxın köməkçiləri artan risklər barədə mütəmadi məlumatlandırılırlar.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bəzi kəşfiyyat məlumatları İranın ABŞ ərazisində əməliyyatçıları ola biləcəyini göstərir. Avropadakı obyektlər də İranın mümkün hədəfləri sırasında göstərilir.

Rəsmilərin bildirdiyinə görə, mövcud təhlükələr fonunda ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyəti zəruri olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş verib. Yaxın Şərqdəki digər Amerika diplomatik nümayəndəliklərində də əməkdaşların sayı azaldılır.

Məlumata görə, Tehran ABŞ və İsrailin yeni hücumları baş verəcəyi təqdirdə Fars körfəzində sualtı kommunikasiya kabellərinə zərbələr endirmək planları da hazırlayıb.