ABŞ prezidenti İrana qarşı mümkün hərbi əməliyyatın müxtəlif variantlarını nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul edilməyib
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Poliqon xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon Trampa İrana qarşı mümkün hərbi əməliyyatların bir neçə variantını təqdim edib. Təkliflər arasında İranın nüvə obyektlərinə və körpülər də daxil olmaqla kritik infrastrukturuna zərbələr endirilməsi, eləcə də İranın nəzarətində olan adalara qarşı mümkün əməliyyatların keçirilməsi var.
Bununla belə, ABŞ prezidentinin hərbi əməliyyatla bağlı yekun qərar vermədiyi bildirilir. Təqdim olunan variantların hansının seçiləcəyi və mümkün əməliyyatın nə vaxt həyata keçirilə biləcəyi barədə məlumat açıqlanmayıb.