00:00 · 29.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Telefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcəkTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
Cəmiyyət

Başörtüsü mübahisəsi və siyasi institutların sınağı

Elşən Əlisoy

Ölkədə siyasi institutlar elə bir duruma salınıb ki, onlar ideyalarını həyata keçirmək uğrunda deyil, həyatda qalmaq uğrunda mübarizə aparırlar.

Təhsil müəssisələrində vahid geyimlə bağlı qərar verildikdən sonra başıörtülü müəllimələrin və şagirdlərin məktəblərə buraxılmaması cəmiyyətdə ciddi müzakirələrə və etirazlara səbəb oldu.

Məsələ konstitusion mübahisə doğurduğu üçün Konstitusiya Məhkəməsi bu qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı hüquqi mövqeyini açıqlamalı idi. Lakin görünür, ölkənin birinci şəxsi tərəfindən məsələyə dair konkret mövqe ortaya qoyulmadığından, Konstitusiya Məhkəməsi də münasibət bildirmək üçün özündə cəsarət tapmadı.

Bəs ən maraqlısı nədir, bilirsiniz?

Bu qədər ciddi məsələ yaşandı, ölkə az qala bir-birinə dəydi, amma ölkədə bircə ictimai-siyasi təşkilat da tapılmadı ki, hüquqşünasların və ziyalıların iştirakı ilə dəyirmi masa təşkil etsin, məsələni hüquqi və elmi müstəvidə ictimai müzakirəyə çıxarsın.

Belə müzakirələr təşkil edilmədiyindən, hər kəs məsələni öz dünyagörüşünə uyğun qiymətləndirdi. Nəticədə, hüquqi əsaslara söykənən sağlam müzakirələrin əvəzinə, yanlış qənaətlərə, qarşılıqlı ittihamlara və incikliklərə yol açıldı.

Təhsildə başörtüsünə qoyulan məhdudiyyətlər yüzlərlə şagirdin və pedaqoqun təhsildən və tədris prosesindən uzaqlaşmasına səbəb olsa da, məsələ indiyədək cəmiyyətə aydın, əsaslandırılmış və peşəkar hüquqi izahla təqdim edilməyib.

Vəziyyət isə getdikcə pisləşir. Siyasi institutlar öz funksiyalarını itirir, hüquq arxa plana keçir, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və həlli hüquqi mexanizmlərdən daha çox kütləvi reaksiyaların təsirinə düşür.

Beləliklə, cəmiyyətdə siyasi institutların öndə getməli olduğu yerdə kütləvi emosiyalar önə keçir. Halbuki siyasi institutların əsas vəzifəsi cəmiyyətdə yaranan problemləri hüquqi, siyasi və intellektual müstəvidə müzakirə etmək, fərqli mövqelər arasında dialoq yaratmaq və mümkün həll yollarını ortaya qoymaqdır.

Siyasi institutlar bu funksiyanı yerinə yetirmədikdə yaranan boşluğu emosiyalar, şayiələr və qarşıdurmalar doldurur. Hüququn yerini subyektiv yanaşmalar, əsaslandırılmış mövqelərin yerini isə ani reaksiyalar tutur.

Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini isə uzaqgörən insanlar yaxşı anlayırlar.