00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Araşdırma

Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır

Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsinin yüksəldiyi ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində baş verir.

Uluyol.info xəbər verir ki, bu barədə Ali İqtisadiyyat Məktəbinin Sabitlik və Risklərin Təhlili Mərkəzinin direktoru, professor Andrey Korotayev gazeta.ru-ya açıqlamasında danışıb.

Alimin sözlərinə görə, Rusiya, Çin, İtaliya və bir sıra digər ölkələrdə əhalinin azalması əvvəlki demoqrafik böhranlardan əsaslı şəkildə fərqlənir. Belə ki, hazırda ən aşağı doğum göstəriciləri əsasən iqtisadi baxımdan daha inkişaf etmiş və rifah səviyyəsi yüksək olan ölkələrdə qeydə alınır. Ən yoxsul ölkələrdə isə doğum səviyyəsi hələ də yüksək olaraq qalır.

Bu prosesin əsas nəticələrindən biri əhalinin sürətlə yaşlanmasıdır. Korotayev hesab edir ki, müasir Yaponiya və İtaliyada yaşlı insanların ümumi əhali içərisində payı tarixdə əvvəllər heç bir cəmiyyətdə müşahidə olunmayan səviyyəyə çatıb.

Onun fikrincə, yaxın illərdə belə ölkələrin sayı daha da artacaq. Çin, Hindistanın əksər ştatları, Türkiyə, Tailand və Braziliya da doğum səviyyəsinin nəsillərin sadə əvəzlənməsi üçün zəruri həddən aşağı düşdüyü və əhalinin yaşlandığı ölkələr sırasındadır.

Professor vurğulayıb ki, bəşəriyyət indiyədək bu miqyasda yaşlanan cəmiyyətlərin idarə olunması təcrübəsinə malik olmayıb. Buna görə də dövlətlər gələcəkdə pensiya sistemlərinin, səhiyyənin, əmək bazarının və sosial təminat mexanizmlərinin necə dəyişəcəyini müəyyənləşdirməyə çalışırlar.

Alimin sözlərinə görə, hazırkı demoqrafik dəyişikliklər qlobal demoqrafik keçidin tərkib hissəsidir. Əvvəlki əhali azalmaları əsasən ölüm hallarının artması ilə müşayiət olunduğu halda, indiki prosesin başlıca səbəbi doğum səviyyəsinin davamlı şəkildə aşağı düşməsidir.

Korotayev hesab edir ki, dünya keyfiyyətcə yeni demoqrafik mərhələyə keçir. Bu mərhələdə əvvəlki dövrlərin qanunauyğunluqları artıq eyni şəkildə işləmir və bəşəriyyət qarşısında indiyədək üzləşmədiyi yeni sosial-iqtisadi çağırışlar yaranır.//qaynarinfo