00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Araşdırma

“Fairmont Bakı”da yaşayan iş adamına “stop” qoyuldu – 1,7 milyon borca görə…

Bakıda “Fairmont Bakı” otelində yaşayan Türkiyə vətəndaşı iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 100 min manat olan, qanuni təmsilçisi Sener Muratın olduğu “Daax Construction” MMC-nin Azərbaycanda fəaliyyət göstərən digər Türkiyə şirkətinə 1 702 079,12 ABŞ dolları məbləğində borcu yaranıb.

Sözügedən şirkətin məhkəməyə müraciəti əsasında müəyyən edilib ki, “Daax Construction” MMC-nin mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur, lakin bəzi banklarda hesabları mövcuddur.

Şirkətin bank hesablarında olan vəsaitin tutulması məqsədilə inkasso sərəncamları tərtib edilərək müvafiq banklara göndərilib.

Bununla yanaşı, borclu hüquqi şəxsin rəhbərinin Türkiyə vətəndaşı olduğu və tez-tez ölkə hüdudlarını tərk etdiyi bildirilib.

Sener Muratın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunub.

Məlum olub ki, 1966-cı il təvəllüdlü Sener Murat Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən “Fairmont Bakı” otelində yaşayır.

Məhkəmənin qərarı ilə Türkiyə vətəndaşı olan iş adamının Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılıb.