00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Türk Dünyası

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə bağlı maraqlı açıqlamalar verib. O qeyd edib ki, Azərbaycan həm tarixi, həm mədəni, həm də coğrafi baxımdan Türk dünyasının mərkəzi damarıdır.

Musavat.com xəbər verir ki, İlyas Topsakal çıxışı zamanı Azərbaycanın rolunu insan bədənindəki boğaz orqanına bənzədib: “Azərbaycan deyərkən biz sadəcə bir ölkə başa düşürük galiba. Ancaq böyüklərimizin tabiri ilə baş Anadolu, yəni Türkiyədirsə, qəlbiniz və gövdəniz Türküstandırsa, boğazınız Azərbaycandır. Türk tarixi, mədəniyyəti, irfanı üçün Azərbaycan tıpkı insanın boğazı kimi keçiş nöqtəsidir, lokmanı hazırladığı və dünyaya yaydığı bir məkandır”.

Topsakal qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan olmadan Türk Dövlətləri Təşkilatından, Türk dünyasının bir-birini anlamasından danışmaq qeyri-mümkündür. Qazaxıstan, Qırğızıstan, Altay, Tuva və Hakas kimi bölgələrlə yanaşı, Şərqi Avropadan Balkanlara, Qafqazdan Şimali Afrikaya qədər uzanan böyük bir Türk coğrafiyasının bir-biri ilə əlaqələnməsində Naxçıvan keçidi və Xəzər-Aral xəttinin əvəzsiz strateji önəm daşıyır

O, çıxışı zamanı qeyd edib ki, əgər bu coğrafi, elmi, siyasi və mədəni keçid nöqtəsi işləməzsə, Türk dünyasından, Türk birliyindən və Turandan danışmaq heç bir reallığı əks etdirməyəcək.