00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
Siyasət

Paşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik

Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçiliyimizə qarşıdır.

“Newsarmenia.am” portalının məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərə açıqlamasında belə deyib.

O, bunu həmin mətn əsasında “müstəqil dövlətə sahib olmağın mümkünsüzlüyü” ilə izah edib.

“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – Paşinyan vurğulayıb.

“Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhü bərqərar edə bildik”, – o əlavə edib.

Paşinyan hakimiyyətlə müxalifət arasında konstitusiya islahatı məsələsində fikir ayrılıqları fonunda növbədənkənar seçkilərin keçirilməsi ehtimalını da aşağı qiymətləndirib. Bununla belə, o, təfərrüatları açıqlamadan müxalifətə “imtina edə bilməyəcəyi bir təklif” edəcəyini vəd edib.

Paşinyan eyni zamanda Azərbaycanla olan münasibətlərin cari vəziyyətindən də söz açıb.

Paşinyan sülhün alternativinin olmadığını da bəyan edərək onun institusional şəkildə möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

“Mən bir daha deyirəm: sülhün alternativini görmürəm. Hazırda bunu dünən parlamentdə aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının Baş naziri vəzifəsində mənim birinci, ikinci və üçüncü prioritetimdir. Bu yolla ardıcıl və qətiyyətlə irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Hökumət başçısı beynəlxalq hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini qeyd edib.

“Dünyada baş verənləri gördükdə dünya nizamının, əslində, dağıldığını anlayırıq. Xoşbəxtlikdən, bu dövrdə sülhü bərqərar edə bildik. Lakin bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və s. çevirməkdir”,- deyə Paşinyan vurğulayıb. bildirib.//Trend