00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
Manşet

Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  

Türkiyənin paytaxtı Ankarada türk dövlətlərinin ortaq tarixini, mədəniyyətini və sivilizasiya irsini əks etdirən Türk Dövlətləri Mədəniyyət Parkının təntənəli açılışı keçirilib.

Uluyol.info xəbər verir ki, oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk dövlətlərinin liderləri və rəsmi nümayəndələri Prezident Kompleksinin yerləşdiyi Beştəpə ərazisində təşkil olunan mərasimdə iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü çərçivəsində keçirilən mərasimdə dövlət başçıları birlikdə ağac əkiblər. Ardınca liderlər Malazgirt Nümayiş Mərkəzində təşkil olunan mədəni proqramı izləyib və xatirə şəkli çəkdiriblər.

4bd8df02-56c7-4750-8edc-62e52fc58fc6.jpg (117 KB)

Türk Dövlətləri Mədəniyyət Parkının yerləşdiyi Beştəpə Xalq Meşəsi 645 min kvadratmetr ərazini əhatə edir. Təxminən 92 futbol meydançası böyüklüyündə olan kompleks türk dünyasının ortaq tarixi və mədəni irsinin nümayiş etdirildiyi mühüm məkan kimi yaradılıb.

Parkın ən diqqətçəkən hissələrindən biri Türk Dövlətləri Təşkilatının obasıdır. Burada təşkilata üzv və müşahidəçi statuslu 8 ölkənin bayrağı dalğalanır, 6 ölkənin ənənəvi çadırları və 7 ölkənin tarixi-mədəni irsini əks etdirən əsərlər nümayiş olunur.

91bd4f43-f573-4ffa-b0bd-d6a7605abaaf.jpg (64 KB)

Ərazidə qədim türk tarixinin ən mühüm yazılı abidələrindən sayılan 7 Orxun kitabəsinin surətləri də yerləşdirilib.

Kompleksdə türk və Anadolu sivilizasiyalarının tarixi irsini əks etdirən 32 miniatür abidə var. Onların arasında Ayasofya, Göbəklitəpə, Səlimiyyə məscidi, Sümela monastırı, Anıtqəbir və Çanaqqala Şəhidlər Abidəsinin maketləri də yer alır.

Parkın yaşıllıq sahələrində 203 müxtəlif bitki növü mövcuddur. Əraziyə 410 min yeni ting əkilib. Ümumilikdə burada təxminən 750 min ağac və kol bitkisi yerləşir.

Maraqlı məqamlardan biri də 44 min tingdən hazırlanmış Türkiyə xəritəsi və 25 min tinglə yaradılmış “Türkiyə əsri” adlı canlı bitki kompozisiyasıdır.

8a7b7947-a905-4daf-b3fd-4e4f9bbb3012.jpg (44 KB)

Parkda 450 yaşlı nəhəng palıd ağacı, 24 milyon illik fosilləşmiş ağac nümunələri, 300 yaşlı zeytun ağacları və 19 min lavanda bitkisinin yerləşdiyi xüsusi bağ da var.

Ziyarətçilər üçün 19 kilometrlik yol şəbəkəsi, velosiped və qaçış zolaqları, idman meydançaları, uşaqlar üçün oyun sahələri, süni şəlalə, müşahidə terrasları və istirahət məkanları yaradılıb.

d75e01ce-2c08-4ace-b019-aede0909e39f.png (418 KB)

Kompleksdə türk dünyasının mədəni irsinin tanıdılması ilə yanaşı, təbiətin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə xüsusi təhsil sahələri də fəaliyyət göstərəcək.

Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin həyata keçirdiyi layihə 29 oktyabr – Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə ictimaiyyətin istifadəsinə verilib.//musavat.com