00:00 · 12.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
UEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLARUEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLAR
Kriminal

Rusiyada böyük qorxu: generalın gizli yubileyinin yeri necə öyrənilib?

Moskvadakı qanlı partlayışdan sonra Rusiya Z-kanallarında ciddi müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, əsas müzakirə Ukrayna kəşfiyyatının Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun 55 illik yubileyinin keçirildiyi məkanı necə öyrənə bilməsi ətrafında gedir.

Z-kanallarında yayılan paylaşımlarda Çaykonun yubileyinin keçiriləcəyi yerin əvvəlcədən müəyyənləşdirilməsi xüsusi vurğulanır və Rusiya xüsusi xidmətlərinin fəaliyyəti tənqid edilir.

Paylaşımlardan birində Ukrayna tərəfinin Rusiya Aerokosmik Qüvvələrinin komandanının 55 illiyini harada qeyd edəcəyini bilməsi və mümkün hücum üçün əvvəlcədən hazırlıq görməsi qabardılıb.

“VÇK-OGPU”nun məlumatına görə, Barrikadnaya küçəsində yerləşən Balzi Rossi restoranında keçirilən məclisi Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşları qoruyublar. Məclisə generalın xidmət yoldaşları ilə yanaşı, Dövlət Dumasının deputatları, məmurlar və FSB əməkdaşları da dəvət olunublar.

Rusiya KİV-lərinin məlumatına görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu restorana hədiyyə adı altında keçirilməyə çalışılıb. Hadisə terror aktı kimi qiymətləndirilib.

Son məlumatlara əsasən, partlayış nəticəsində 5 nəfər ölüb, 21-dən çox insan xəsarət alıb. Çaykonun özünün xəsarət almadığı bildirilir.

Aleksandr Çayko Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanğıcında Kiyev istiqamətində irəliləyən Rusiya qoşun qruplaşmasına komandanlıq edib. Ukrayna onu Borodyankaya zərbələr və Buçada dinc sakinlərin öldürülməsi ilə əlaqələndirir. Çayko bu ilin mayında Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı təyin edilib.