00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
Media

“Toplum TV” işi üzrə hökm oxundu – 12 ildən 15 ilə kimi

Bu gün, iyulun 27-də “Toplum TV” işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, – Qafqazinfo məlumat verir.

Hökmə əsasən, Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və Əli Zeynalov 14 , Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayev 13 , Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.

Hüquq müdafiə təşkilatları onlara qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir.