00:00 · 13.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
UEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLARUEFA Çempionlar Liqası: “Real Madrid” “İnter”i, “Mançester Siti” isə “Portu”nu üstələdiAllahşükür Paşazadənin özəl təyyarəsi var imiş… – VİDEOKİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıbİranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?Casusluqda ittiham edilmiş partiya sədrindən xəbər var14 ölkə İsraillə ticarəti məhdudlaşdıracaqLionel Messi 17-ci dəfə “Qızıl top”a namizəd olduQarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə – FOTO“Beş gün bir orduyla döyüşən qoçaq”!Nyu-York meriyasının 11 sentyabr yalanı – arxivlər açılırAzərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlarMüəllimlərin geyimi necə olacaq? – DETALLAR
Araşdırma

“Xəzər Aralın gününə düşəcək” – alimlərin fikrincə, o gün aralı deyil

Xəzər dənizi yaxın 5-10 ildə daha dayazlaşacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, mətbuata müsahibə verən alimlərin proqnozudur.

Mənbənin məlumatına görə, son 20 ildə Xəzər dənizi Azərbaycan sahilindən 15-20 kilometr, Qazaxıstanda isə 35 kilometr geri çəkilib. Türkmənistan və İranda da sahil geriləməsi qeydə alınıb.

Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun aparıcı tədqiqatçısı Pyotr Buxaritsinin sözlərinə görə, Xəzər dənizinin suyunun səviyyəsi yaxın illərdə 31 metrə düşəcək. O qeyd edib ki, dənizin dayazlaşması turizm və balıqçılıqla əlaqəli ölkələr və regionlarda ciddi iqtisadi problemlərə səbəb ola bilər. Misal üçün, Dağıstanın “təmas xətti” ərazilərindəki otel sahibləri dənizin binalarından bir xeyli aralandığını qeyd edirlər.

xezzz.JPG (61 KB)

Alimlər Xəzər dənizinin Aral dənizinin taleyini davam etdirləcəyini proqnozlaşdırıblar. Aral bir vaxtlar dünyanın ən böyük göllərindən biri idi, lakin 1960-cı illərdə insan fəaliyyəti səbəbindən qurumağa başlayıb və sonradan iki hissəyə bölünüb. İndi Aral dənizinin bir hissəsi tamamilə yoxa çıxıb, digəri isə xeyli dayazlaşıb.

Xəzər dənizinin dayazlaşması əvvəllər iqlim dəyişikliyi ilə əlaqələndirilirdi. Alimlərin fikrincə, problem Volqa çayında su axınının tənzimlənməsi ilə əlaqəli deyil. Hesab olunur ki, yalnız Xəzər dənizi ilə həmsərhəd olan beş ölkənin birgə səyləri vəziyyəti həll edə bilər.