00:00 · 06.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Bakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüBakıda sürücülərə təcili xəbərdarlıq – Bütün zolaqlarda sürət həddi dəyişdirildi!Demokratların qələbəsində Obama fenomeni həlledici olub?Xameneinin məktubu Putinə çatdırılıb – RezaiMəzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaqİsrail hərbçiləri 30 fələstinlini həbs edibQorxmaz Hüseynovun dövründə “Azərsu”da milyonluq mənimsəməQarabağ Zəfərinin 6-cı ildönümü Türkiyədə qeyd olunduMeşə adamı – Herman Hessenin hekayəsiBakıda torpaq sahələri bahalaşdıİran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdü
Mövqe

Xameneinin məktubu Putinə çatdırılıb – Rezai

Rusiya ilə İran arasında regionun mühüm məsələləri ətrafında müzakirələr aparılıb və İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneinin məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb.

Uluyol.info  Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və bu ölkənin Prezidenti Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.

“Regionun mühüm məsələləri barədə Putinlə məsləhətləşmələr aparılıb. Ali Rəhbər onun mesajını ən qısa zamanda Putinə təqdim etməyimi istəyirdi. Rusiya Prezidenti isti və səmimi salamlarını Ali Rəhbərə çatdırıb”, – Rezai açıqlayıb.

Onun sözlərinə görə, Putinlə müharibədən sonrakı dövr və regionun təhlükəsizlik tənzimləmələri ilə əlaqədar məsələlər müzakirə edilib.

M. Xameneinin V. Putinə ünvanladığı məktubun təffərrüatı barədə isə məlumat verilməyib.