Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlama verib.
İki ölkə liderinin masa arxasına əyləşəcəyi danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsindəki son kritik vəziyyət olacaq.
Bununla yanaşı, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyini və regionda gərginləşən qlobal prosesləri müzakirə edəcəklər.
Müşahidəçilər Ərdoğanın bu gözlənilməz dəvətini Qara dənizdə yeni təhlükəsizlik mexanizmlərinin qurulması və tərəflər arasında mümkün vasitəçilik addımları baxımından əhəmiyyətli addım kimi dəyərləndirirlər.