00:00 · 31.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricaniİsveç Rusiya xokkeyçilərinin turnirlərdə iştirakına qarşıdırRusiyanın məşhur müstəqil qəzeti fəaliyyətini dayandırırFransada yarım milyon insan etiraza HAZIRLAŞIRBakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirildiUkrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDIBir ildə iki tender – Neftçala Rayon İcra Hakimiyyətinin sevimli şirkətiZelenski sabah Türkiyəyə GЕDİR: Ərdoğanla nələri MÜZAKİRƏ EDƏCƏK?Siqaret tüstüsü ağciyər hüceyrələrini xərçəngə daha həssas edirŞiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? – TƏBİB-dən açıqlamaNoyabrda hava necə olacaq? – PROQNOZPrezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir – Yasamalda özbaşınalıq VİDEO“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricaniİsveç Rusiya xokkeyçilərinin turnirlərdə iştirakına qarşıdırRusiyanın məşhur müstəqil qəzeti fəaliyyətini dayandırırFransada yarım milyon insan etiraza HAZIRLAŞIRBakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirildiUkrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDIBir ildə iki tender – Neftçala Rayon İcra Hakimiyyətinin sevimli şirkətiZelenski sabah Türkiyəyə GЕDİR: Ərdoğanla nələri MÜZAKİRƏ EDƏCƏK?Siqaret tüstüsü ağciyər hüceyrələrini xərçəngə daha həssas edirŞiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? – TƏBİB-dən açıqlamaNoyabrda hava necə olacaq? – PROQNOZPrezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir – Yasamalda özbaşınalıq VİDEO
Siyasət

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Ukrayna Rusiya ordusunun dinc şəhərlərə endirdiyi kütləvi raket və dron zərbələri səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki səfiri Andrey Melnik məlumat yayıb.

Diplomat Rusiyanın Dnepr, Çerniqov və Kremençuqdakı dinc əhaliyə qarşı hücumlarını vəhşilik adlandırıb.

Melnikin sözlərinə görə, Rusiya raketlərinin mülki obyektləri hədəf alması nəticəsində 20 dinc sakin həyatını itirib, onlarca insan isə ağır yaralanıb.

Dəhşətli hücumlar zamanı Dnepr dəmir yolu vağzalında sərnişin qatarının yaxınlığına düşən reaktiv dron 14 nəfərin ölümünə səbəb olub.

Çerniqovun mərkəzinin atəşə tutulması nəticəsində iki 15 yaşlı məktəbli qız həlak olub, Kremençuqda isə yaşayış binasına dəyən dron 3 sakinin həyatına son qoyub.