Güclü dolu bölgələrə ciddi ziyan vurdu (VİDEO)

0
image

Bölgələrdə qeyr-sabit hava şəraiti davam edir. Ağstafaya yağan güclü dolu bir neçə kənddə ciddi fəsadlara yol açıb.

Rayonun Yeni Gün, Qaçaq Kərəm və Aşağı Göycəli kəndlərində evlərin dam örtüyünə çardaqlara avtomobillərə ciddi ziyan vurub.Sakinlərin sözlərinə görə dolunun ölçüsü böyük olub.

Sakinlərin sözlərinə görə, təxminən 20-25 dəqiqə aralığında yağmağa davam edən doludan sonra 30 dəqiqə müddətinə yağış da yağıb. Bu da öz növbəsində fəsadların artmasına səbəb olub.

İri təsərrüfat sahələri də doludan fəsadsız ötüşməyib.Ən çox üzüm sahələrində məhsuldarlığa ciddi zərər dəyib.

Qazax rayonunun da bir neçə kəndində analoji fəsadlar qeydə alınıb. rayon Fövqəladə Hallar Komissiya tərəfindən kəndlərə dəyən ziyanın həcmi müəyyənləşdirilir. //Xəzər TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir