Tasnim “tərk etdilər” dedi, Axios təkzib etdi: ABŞ-İran danışıqlar davam edir?
ABŞ və İran arasında İsveçrədə aparılan danışıqlarla bağlı ziddiyyətli məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, Axios jurnalisti Barak Ravid İran agentliklərinin İran nümayəndə heyətinin danışıqlar yerini tərk etməsi barədə yaydığı məlumatı təkzib edib.
Ravid danışıqlarda iştirak edən bir diplomatın sözlərinə istinadən bildirib ki, İran nümayəndə heyəti danışıq məkanını tərk etməyib və ABŞ ilə İran arasında müzakirələr davam edir.
Xatırladaq ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ Prezidenti Donald Trampın İranı təhdid edən açıqlamasından sonra İran nümayəndə heyətinin danışıqlar masasını tərk etdiyini yazmışdı. Agentliyin məlumatına görə, Tehran hərbi əməliyyatlar dayandırılmayınca dialoqun bərpa olunmasını mümkün hesab etmirdi.
Lakin son məlumatlar tərəflər arasında danışıqların hələ də davam etdiyini göstərir.//Musavat.com