Krım əldən gedir, Sevastopolda fövqəladə vəziyyət – Ukrayna nəfəslərini kəsir

0
image

Krımda vəziyyət getdikcə daha da gərginləşir, Sevastopolda xüsusi təhlükəsizlik rejimi tətbiq olunub.

Musavat.com xəbər verir ki, Sevastopolun qubernatoru Mixail Razvojayev 22 iyundan etibarən şəhərdə sərt məhdudiyyətlərin qüvvəyə mindiyini açıqlayıb. Qərara əsasən, küçə tədbirləri və kütləvi bayramlar ləğv edilir, ictimai nəqliyyat yalnız 05:30–21:00 saatlarında fəaliyyət göstərəcək, avtomobil bərələrinin işi dayandırılacaq, küçə işıqlandırılması söndürüləcək.

Bundan əlavə, ticarət mərkəzləri, supermarketlər, kafe və restoranlar saat 20:00-da bağlanacaq. Hava həyəcanı siqnalları zamanı nəqliyyatın fəaliyyəti ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq ediləcəyi də bildirilib.

Maraqlıdır ki, 2016-cı ildə Krımın rəhbəri Sergey Aksyonov yarımadanın 10 il ərzində inkişaf etmiş infrastruktur, yüksək səviyyəli xidmət və dünya səviyyəli turizm imkanlarına malik çiçəklənən bölgəyə çevriləcəyini bəyan etmişdi. Aradan keçən müddətdə isə bölgədə təhlükəsizlik tədbirləri və məhdudiyyətlər, fövqəladə vəziyətin elan olunması və yanacaq qıtlığı gündəmin əsas mövzusuna çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir