00:00 · 01.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilibHƏMAS Qəzza ilə bağlı sülh planının əsas şərtini açıqlayıbİspaniya baş naziri: Miqrasiya böhranından Aİ-ni parçalamaq üçün istifadə edilməməlidirİlham Əliyevin Qırğızıstana səfəri başa çatdı – FOTORamiz Mehdiyevin ailə bankı bağlandıİran Hörmüzü TAMAMİLƏ BAĞLADI“İnsan qırxayağı” filminin rejissoru pərəstişkarları ilə vidalaşır: “Sonum yaxınlaşır”Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıbBakı Qızlar Universiteti BAĞLANDI – Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?Bəzi ixtisaslarda keçid balları AZALACAQAzərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandıTürkiyədə daha bir bələdiyyə sədri həbs edilibHƏMAS Qəzza ilə bağlı sülh planının əsas şərtini açıqlayıbİspaniya baş naziri: Miqrasiya böhranından Aİ-ni parçalamaq üçün istifadə edilməməlidirİlham Əliyevin Qırğızıstana səfəri başa çatdı – FOTORamiz Mehdiyevin ailə bankı bağlandıİran Hörmüzü TAMAMİLƏ BAĞLADI“İnsan qırxayağı” filminin rejissoru pərəstişkarları ilə vidalaşır: “Sonum yaxınlaşır”Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıbBakı Qızlar Universiteti BAĞLANDI – Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?Bəzi ixtisaslarda keçid balları AZALACAQAzərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı
Səhiyyə

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

Hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabitdir. Yerli yoluxma halları qeydə alınmayıb. Bununla yanaşı, ölkəyə xaricdən gətirilə biləcək infeksiyaların qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davam etdirilir.

Uluyol.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, yay mövsümündə müşahidə olunan yüksək temperatur və yağıntıların miqdarındakı dəyişikliklər həşəratların, xüsusilə də ağcaqanadların, milçəklərin və bəzi digər növlərin aktivliyinə təsir göstərə bilər. Aparılan entomoloji monitorinqlərin nəticələrinə əsasən, hazırda ölkədə həşəratlarla əlaqədar epidemioloji risklərin artdığı yeni ərazilər qeydə alınmayıb. Mövcud vəziyyət davamlı nəzarətdə saxlanılır və risklərin vaxtında qiymətləndirilməsi məqsədilə mütəmadi müşahidələr aparılır.

Bununla yanaşı, vurğulanıb ki, vətəndaşlar yaşadıqları ərazilərdə həşəratların kütləvi artımını müşahidə etdikdə aidiyyəti qurumlara (yerli icra hakimiyyəti və ya aidiyyəti kommunal xidmətlərə, Bakı şəhəri İcra hakimiyyətinin tabeliyində olan yaşıllaşdırma Təsərrüfatı Birliyinə) müraciət edə bilərlər.