00:00 · 19.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyə İsrailin Suriyadakı aviabazaya zərbələrini pislədiValideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış — VİDEOAzərbaycanın axtarış qərarından sonra Moskva hərəkətə keçdi – Zaxarovadan mesajAzərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdiMustafa Abbasbəyli vəzifəsindən azad olunduDünya futbolunun əfsanəsi qərar verdi – Roberto Karlos Kəlmeyi-şəhadət gətirib İslamı seçdiVəkil Elşad Məmmədov HƏBS EDİLDİ – FOTOBu teatra Müslüm Maqomayevin adı veriləcəkƏtin kilosu 25 manat, repetitor xərcləri, gizli ödənişlər… – Bakıda yaşamağa 1000 manat çatmırErməni malları Azərbaycanda: Kim alacaq, kim boykot edəcək? İLGİNC CAVABLARTexniki baxışın ləğvi – Ekspert mühüm məsələyə aydınlıq gətirdiİxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək – Abituriyentlərə XƏBƏRDARLIQTürkiyə İsrailin Suriyadakı aviabazaya zərbələrini pislədiValideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış — VİDEOAzərbaycanın axtarış qərarından sonra Moskva hərəkətə keçdi – Zaxarovadan mesajAzərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdiMustafa Abbasbəyli vəzifəsindən azad olunduDünya futbolunun əfsanəsi qərar verdi – Roberto Karlos Kəlmeyi-şəhadət gətirib İslamı seçdiVəkil Elşad Məmmədov HƏBS EDİLDİ – FOTOBu teatra Müslüm Maqomayevin adı veriləcəkƏtin kilosu 25 manat, repetitor xərcləri, gizli ödənişlər… – Bakıda yaşamağa 1000 manat çatmırErməni malları Azərbaycanda: Kim alacaq, kim boykot edəcək? İLGİNC CAVABLARTexniki baxışın ləğvi – Ekspert mühüm məsələyə aydınlıq gətirdiİxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək – Abituriyentlərə XƏBƏRDARLIQ
Ölkə

Həmkarlar, yoxsa Həmkorlar İttifaqı?- Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem

Azərbaycan müstəqillik qazanandan sonra xalqımızın əməksevər kəsiminin hər ay məvacibindən Həmkarlar İttifaqının nəfinə müəyyən faiz pul tutulmağa başlandı. Xub, bəs həmkar həmkara nə gündə lazımdır.

Dedik pulumuzu tuturlar, yəqin bizim də barmağımız sınanda bunlar bizim sınıq barmağımıza zad eləyərlər, yəni kömək. Amma, biz saydığımızı saydıq, 30 il Səttar Mehbalıyev də bizim pullarımızı saydı-öz bildiyi kimi, kefindən keçən kimi. Dedi ki, fəhlə, özünü sən də bir insanmı sanırsan, pulsuz kişi, dincəlməyi asanmı sanırsan? Yəni qısacası bu Həmkarlar İttifaqı deyilən təşkilat həmkarlardan başqa hamının işinə yaradı-varlının da qadasını aldı, vəzifəlinin də. Təkcə haqqı olan yazıq həmkarlar bunun qara qəpik xeyrini görmədi.

Ay döndü, il dolandı bir gün xəbər tutduq ki, AHİK ( adı da ah-naləylə başlayır) sədri vəzifəsinə çox hörmətli MİKAYIL CABBAROVUN təqdimatı ilə qət-təzə bir kadr gətirirlər. Gəncdir, müasir dünyagörüşünə malikdir. Yazıq həmkarlar Möhbalıyevdən o qədər çəkmişdilər ki, Sahib Məmmədovun qəfildən gəlişinə sidq-ürəkdən necə sevindilərsə özündən gedən də oldu. Ancaq neyləməli, bizim bəxtimiz olsaydı anadan sitəmkar, zülümkar və nəhayət həmkar doğulmazdıq ki. Cənab Məmmədov vəzifə kreslosuna sahiblənən kimi dedi ki, darıxmayın, mən Möhbalıyev kimi zalım deyiləm. O sizin hər iki gözünüzü ağladaraq həmkar yox, HƏMKOR etmişdi. Mən insaflıyam, gözünüzün birini ağlatmaqda davam edəcəyəm, amma o birisini hərdənbir güldürəcəyəm. Dedik SAHİBİ- HƏMİKARDIR, yəqin bir bildiyi var yəqin. Ancaq bu bizim bir gözümüzü elə ağlatdı ki, o birisi nəinki gülməyə, heç qımışmağa da macal tapmadı..

Başlayaq cənab Məmmədovun həmkarların bir gözünü necə güldürməsindən. Bildirildi ki, dəxi bundan sonra bütün yollayışlar olacaq elektron formada, şəffaf, obyektiv. Əməksevər xalqımız elektron formada istədiyi sanatoriyanı, kurortu seçib gedib özüyçün şellənəcək. Pah, bu sevincə gözmü dözər, qəlbmi dayanar. Elə təzəcə “uraaaaa” qışqırıb papağımızı göyə atmaq istəyirdik ki, Sahib müəllim nə fikirləşdisə o biri gözümüzü elə ağlatdı ki, bu səfər papaqdan əlimizi üzüb ətəyimizlə gözümüzü silməyə girişdik. Gecələrin birində hamıdan xəlvət, nə dilin, nə də dişin xəbəri olmadan qərar verdilər ki, bundan sonra göndəriş yalnız işləyənlərin özünə veriləcək.Yəni şəxsin ailə üzvlərinə heç bir güzəşt tətbiq olunmayacaq.
Bu yerdə yadıma köhnə bir lətifə düşdü. Birisi dostuna deyir ki, gedirəm kurorta dincəlməyə. Dostu soruşur ki, arvad-uşağıdamı aparırsan özünlə?
Bu birisi hirslənir ki, başın xarab olub, deyirəm kurorta dincəlməyə gedirəm, nə arvad-uşaq.

Bax, yüz faiz Sahib müəllim də bu lətifəni bilir, özü də uruscasın. Ona görə də zəhmətkeşlərimizin tam istirahətini təmin etmək üçün göndərişləri yalnız bir nəfərə verməyi qərara aldı ki, gedib əməlli-başlı dincəlsin.
Yox, kim ki, ailəvi dincəlmək istəyir, o zaman zəhmət çəkib ailə üzvləri üçün tam ödəniş etməlidir. Əvvəllər uşaqlar üçün 18 yaşa kimi güzəşt nəzərdə tutulurdu. Sahib müəllim qərar verib ki, uşağın 12 yaşı tamam olubsa, Tik-Toka baxırsa onun da yerinə tam ödəniş edilməlidir. Yəni heç kim cənab Məmmədovla uşaq-muşaq söhbəti edə bilməz, nədən ki, bu yerin tək SAHİBİ odur !

Odur ki, yazıq həmkarlar, indi bilmirlər ağlasınlar, yoxsa gülsünlər. Bu lap Əzrayılın bala paylamağına döndü. Birinə deyirlər ki, Əzrayıl bala paylayır, cavab verir ki, balama dəyməsin, verdiyini istəmirəm. Vallah, bilmirsən neyləyəsən. Özü də bu AHİK-i bir balaca tənqid eləyən kimi adama elə yerlərdən hədə-qorxu gəlirlər, zəng eləyirlər ki, yazdığına peşiman olursan.Sahib əfəndi, əvvəlcə ,, vəzirindən, vəkilindən’ bir soruş bizim sizə ünvanladığımız sorğular niyə cavablandırılmır və yaxud da qeyri rəsmi olsa da daha yuxarılardan cavablandırılır. Niyə məhz sizə etimad göstərən cənab Mikayıl Cabbarovun etimadına kölgə salırsınız? Məgər AHİK toxunulmazlıq statusunamı malikdir, yaxud kimsə bunların qərarlarını sorğulaya bilməzmi? Hər ay maaşından faiz ödəyən zəhmətkeşlərin heçmi haqqı-hüququ yoxdur, elə “töyüc, naloq, dinməverdirmi”? Ölkədə qanun, ona nəzarət edən qurum yoxdurmu? Elə hamı dəlləkliyi bu yazıq qara camaatın başındamı öyrənməlidir?

Bizim də ümidimiz Allahdan sonra , SAHİBİN , SAHİBİN , SAHİBİNƏ Cənab Prezidentə, Mehriban xanımadır. Kim bilməsə də bu xalqın halını, istəyini onlardan yaxşı bilən yoxdur. Cənab prezident nə yaxşı ki varsınız ..Bu ölkənin tək SAHİBİ göydə Allah, yerdə SİZLƏRSİNİZ…. Başqası SAHİBLƏNMƏK eşqinə düşməsin !

Nicat Mahmudov