00:00 · 23.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıbKuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıb
Ölkə

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.

“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi “DQR” adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.

Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. “Azərbaycanla

“DQR” arasında təmas xətti”, eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu bildirilib.

Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.