00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Hava

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, hələ bu günlərdə yağışlı hava müşahidə olunacaq, bu isə mövsüm üçün tam normaldır və narahatlığa əsas yoxdur:

“Yaxın günlərdə yay istiləri də hiss olunacaq və daha sabit, günəşli hava şəraiti formalaşacaq. Hazırda bəzi yerlərdə anomal istilər və ya uzunmüddətli sərin, yağıntılı hava ilə bağlı müxtəlif fikirlər səslənir.

Lakin bu cür dəyişkənlik yazdan yaya keçid dövrü üçün xarakterikdir və iqlim keçidinin təbii gedişatı hesab olunur. Günəşli günlərin sayının artacağı gözlənilir və belə hava şəraitindən maksimum faydalanmaq tövsiyə olunur. Bu il yaz mövsümü bir qədər uzanıb, sərin və yağıntılı keçdiyi üçün yay rejiminə keçid də nisbətən gecikmiş təsir bağışlayır.

Əslində bu cür yağıntılı və sərin hava iyunun 22-nə qədər davam edəcəyi gözlənilirdi, lakin bir qədər uzanması müşahidə olunur.

Eyni zamanda çimərlik mövsümünün açılması ilə bağlı vəziyyət də diqqət çəkir. İyun ayının ortalarında mövsüm rəsmən açılsa da, bəzi çimərliklərdə müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarlar verilib.

Bu kimi tədbirlər hər il təkrarlansa da, onların konkret müddəti bəzən əvvəlcədən dəqiq açıqlanmır.

Bütün hallarda qarşıdakı günlərdə temperaturun yüksəlməsi və daha isti hava şəraitinin formalaşması gözlənilir. Yayın tam mənada özünü göstərməsi ilə hava şəraiti də stabilləşəcək”, – deyə o qeyd edib.

Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti yaz mövsümündən yay mövsümünə keçid dövrünün təbii gedişatı kimi qiymətləndirilməlidir. Ekoloqların rəyinə görə, temperaturun müvəqqəti olaraq aşağı düşməsi və yağıntıların uzanması anomal hal sayılmır və narahatlığa heç bir əsas yoxdur. Yaxın günlərdə atmosfer proseslərinin stabilləşməsi, günəşli günlərin sayının artması və temperaturun yüksəlməsi ilə ölkə ərazisində əsl yay havası tam mənada hiss olunmağa başlayacaq.