00:00 · 01.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandıÜzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatdı – FotolarHacıqabulda yarım milyonluq təmir – Qalib şirkət kimindir?Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikasıErmənistanda Qərbi Azərbaycan isteriyası Alimlər narın ürəyə təsirini araşdırdı: maraqlı nəticəErmənistan yeni qoşun növü yaradır“Baku Electronics”in sığorta təklifinə aldanmayın – ŞikayətMüasir insanın bu 7 vərdişi onu xəstə edirTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldıQar və şaxta xəbərdarlığı – qarşıdakı qış necə keçəcək?Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandıÜzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatdı – FotolarHacıqabulda yarım milyonluq təmir – Qalib şirkət kimindir?Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikasıErmənistanda Qərbi Azərbaycan isteriyası Alimlər narın ürəyə təsirini araşdırdı: maraqlı nəticəErmənistan yeni qoşun növü yaradır“Baku Electronics”in sığorta təklifinə aldanmayın – ŞikayətMüasir insanın bu 7 vərdişi onu xəstə edirTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…
Manşet

Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı

“İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, itkin düşmüş şəxslərin taleyi və Birinci Qarabağ müharibəsi zamanı törədilən cinayətlərlə bağlı toplanan sübutların həm tarixi, həm də prosessual əhəmiyyəti var”.

Uluyol.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Trend-ə və REAL TV-yə birgə müsahibəsində deyib.

“Bu işlərin həm tarixi, həm də prosessual əhəmiyyəti böyükdür. Təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb”, – deyə o bildirib.

Kamran Əliyevin sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı dövlət tərəfindən iş aparılır. Bu sahədə İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası ilə prokurorluq orqanları birgə əməkdaşlıq edirlər.

“Bu günədək, səhv etmirəmsə, 900-dən artıq itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Prokurorluq orqanları itkin düşmüş şəxslərin bütün yaxın qohumlarından DNT nümunələri götürüb. Yeni qalıqlar müəyyən edildikcə onların aidiyyəti laboratoriyalarda eyniləşdirilməsi aparılır”, – deyə Baş prokuror qeyd edib.