00:00 · 23.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıbKuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıb
Cəmiyyət

Sabah Aşura günüdür

İyunun25-i Məhrərrəm ayının Aşura günüdür.

Uluyol.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının məlumatına görə, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində bildirilib ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

Müraciətdə, həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir.

Qeyd edək ki, ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev Trend-ə açıqlamasında bildirimişdi ki, İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır.//musavat.com