00:00 · 08.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilirRonaldo Messinin gedişini belə şərh etdi – “Səni qucaqlayıram…”“Vəfat etdikdən sonra orqanlarım ehtiyacı olanlara bağışlansın” deyənlər artır – İslam nə deyir?ABŞ-də seçkilərə 27 gün qalıb – Trampın taleyi həll olunacaqABŞ İrana yenidən hücuma hazırlaşır: İsrail iş başında Keçmiş deputatın cinayətləri bitmək bilmir… – NARAZILIQ VAR…Kimya üzrə Nobel mükafatı fransalı və yaponiyalı alimlərə verildiİmamverdi İsmayılovun biznes imperiyası:Millət vəkilinin şirkətlərini kim idarə edir?ChatGPT ilə çox danışanların başına bu gəlir – XəbərdarlıqKamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…Azərbaycanda tauna yoluxan var?Tibb üzrə Nobel mükafatı optogenetikanın kəşfinə görə verilibAzərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilirRonaldo Messinin gedişini belə şərh etdi – “Səni qucaqlayıram…”“Vəfat etdikdən sonra orqanlarım ehtiyacı olanlara bağışlansın” deyənlər artır – İslam nə deyir?ABŞ-də seçkilərə 27 gün qalıb – Trampın taleyi həll olunacaqABŞ İrana yenidən hücuma hazırlaşır: İsrail iş başında Keçmiş deputatın cinayətləri bitmək bilmir… – NARAZILIQ VAR…Kimya üzrə Nobel mükafatı fransalı və yaponiyalı alimlərə verildiİmamverdi İsmayılovun biznes imperiyası:Millət vəkilinin şirkətlərini kim idarə edir?ChatGPT ilə çox danışanların başına bu gəlir – XəbərdarlıqKamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…Azərbaycanda tauna yoluxan var?Tibb üzrə Nobel mükafatı optogenetikanın kəşfinə görə verilib
Ölkə

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir.

Uluyol.info xəbər verir ki, bunu Report və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.

Nazir bildirib ki, artıq Qaradağda 2 000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb:

“Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə də cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub.

Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə ümumilikdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub”.

F.Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tamamilə müasir standartlara cavab verəcək:

“Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkən şəxslərə nəzarət mexanizmlərinin rəqəmsal alətlər – üz tanıma sistemləri və digər texnoloji həllər vasitəsilə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə verəcək”.