00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Araşdırma

Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesi

Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş erməni cinayətkar silahlı birləşmələrindən biri olan “Muş” dəstəsi haqqında yeni tarixi məlumatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, erməni mənbələrində dəstənin şəxsi heyəti, rəhbərləri, cinayətkar fəaliyyət göstərdiyi ərazilər və verdiyi itkilər barədə diqqətçəkən faktlar yer alır.

1992-ci ildə fəaliyyət göstərmiş “Muş” cinayətkar silahlı dəstəsi haqqında məlumatlar həm keçmiş üzvlərinin müsahibələrində, həm də Qarabağ müharibəsinə həsr olunmuş ensiklopedik nəşrlərdə əksini tapıb.

2011-ci il yanvarın 29-da “Azad-Hye” nəşrinə müsahibə verən qondarma dəstə rəhbərinin müavini Kaytar Hovhannisyan bildirib ki, birləşmə 1992-ci ildə Layert Sarkisyanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.

Onun sözlərinə görə, dəstəyə daxil olan silahlılar bundan əvvəl də müxtəlif erməni cinayətkar silahlı birləşmələrinin tərkibində Qarabağda “döyüşmüşdülər”. Buna görə də yeni dəstə yaradıldıqdan dərhal sonra hərbi əməliyyatlara qoşulub.

Hovhannisyanın açıqlamasına əsasən, “Muş” cinayətkar silahlı dəstəsi 1993-cü ilə qədər Əsgəran, Ağdərə və Horadiz istiqamətlərində Azərbaycan qüvvələrinə qarşı “döyüşüb”. Daha sonra dəstənin üzvləri Arazdəyən istiqamətində cinayətkar hərbi fəaliyyətə cəlb ediliblər.

Keçmiş qondarma dəstə rəhbərinin müavini həmin dövrün ağır şəraitini təsvir edərkən Ermənistan ərazisindən silahlılara ərzaq və məktublarq göndərildiyini də bildirib. Onun sözlərinə görə, dəstə üzvlərinə bəzən tanımadıqları şəxslərdən yüzlərlə məktub çatdırılırdı.

Hovhannisyan müsahibəsində keçmiş qondarma dəstə üzvlərinin hər il toplaşaraq öldürülmüş silahlıların məzarlarını ziyarət etdiklərini də açıqlayıb.

Erməni ensiklopediyasında 29 cinayətkar silahlının öldürüldüyü göstərilir

WhatsApp Image 2026-10-22 at 22.23.41.jpeg (54 KB)

Araşdırmanın ən diqqətçəkən hissəsi Qarabağ müharibəsinə dair erməni ensiklopediyasında yer alan məlumatlardır.

Nəşrdə Laert Saqatelyanın rəhbərlik etdiyi “Muş” qondarma silahlı birləşməsinin 1989-cu ildən Ermənistanın Artaşat bölgəsində yaradılmış ayrı-ayrı silahlı dəstələrin birləşdirilməsi nəticəsində formalaşdığı qeyd olunur.

Məlumata əsasən, qondarma birləşmənin öz qərargahı və hərbi şurası olub.

1992-ci ildə “Muş” cinayətkar birləşməsinin 140 silahlısı həmin bölgədə yaradılmış könüllü batalyonun tərkibinə daxil edilib.

Ensiklopediyada bu cinayətkar silahlı birləşmənin üzvlərinin 1989–1994-cü illərdə həm müstəqil şəkildə, həm də başqa hərbi hissələrin tərkibində qondarma hərbi fəaliyyət göstərdikləri qeyd olunur.

Qondarma birləşmənin silahlıları Laçın, Ağdərə, Kəlbəcər və Füzuli rayonları istiqamətində aparılmış cinayətkar hərbi əməliyyatlarda iştirak ediblər.

Erməni mənbəsində onların Azərbaycanın Ağcakənd ərazisində, həmçinin Qafan, Gorus və Arazdəyən istiqamətlərində də cinayətkar hərbi fəaliyyət göstərdikləri bildirilir.

Ensiklopediyada Laert Saqatelyanın rəhbərlik etdiyi bu “birləşmə”nin 29 üzvünün öldürüldüyü göstərilir.

Həmin mənbəyə əsasən, dəstənin 15 üzvü Ermənistanın “İgidliyə görə”, bir nəfəri “Döyüş xidmətlərinə görə”, bir nəfəri isə “Marşal Baqramyan-100” medalı ilə təltif edilib. Daha 12 nəfərə keçmiş qondarma Qarabağ rejiminin xatirə medalları verilib.

Qondarma birləşmənin rəhbəri Laert Saqatelyan, qərargah rəisi isə M. Masaryan kimi göstərilir.

1995–1997-ci illərdə dəstənin keçmiş üzvlərinin əksəriyyəti Ermənistan Silahlı Qüvvələrində xidmətə başlayıb.

Laçın, Kəlbəcər və Füzulidə aparılan cinayətkar hərbi əməliyyatlar

Erməni mənbələrində Laert Saqatelyanın “hərbi fəaliyyəti” ilə bağlı daha geniş coğrafiya göstərilir.

1931-ci il yanvarın 18-də Ermənistanın Dalar kəndində anadan olmuş Saqatelyan 1989-cu ildən Artaşat bölgəsində fəaliyyət göstərən silahlı dəstələrin ümumi rəhbərlərindən biri olub.

Onun 1989–1994-cü illərdə Laçının Hoçaz, Güləbird və Laçın şəhəri istiqamətlərində, Ağdərənin müxtəlif yaşayış məntəqələrində, Kəlbəcərdə, həmçinin Füzulinin Mürsəlli kəndi istiqamətində cinayətkar hərbi əməliyyatlarda iştirak etdiyi göstərilir.

Erməni ensiklopediyasında Saqatelyanın Ağdərənin Dəmirli və digər yaşayış məntəqələri istiqamətində də “döyüşdüyü” qeyd olunur.

“Ataman” ləqəbli dəstə rəhbərinin fəaliyyəti

“Muş” cinayətkar silahlı dəstəsinin rəhbərlərindən biri kimi tanınan Laert Saqatelyan erməni silahlıları arasında “Ataman” ləqəbi daşıyıb.

O, İsakov, Yuxarı Artaşat, Mxçyan, Noraşen və Ayqezard yaşayış məntəqələrində yaradılmış ayrı-ayrı silahlı qrupları “Alaşkert” adlı cinayətkar birləşmədə cəmləşdirib və müharibənin sonuna qədər həmin qüvvələrə rəhbərlik edib.

Erməni mənbələrinə görə, Saqatelyan şəxsi əlaqələrindən istifadə edərək Ararat düzənliyindən cinayətkar silahlı dəstələrin üzvlərinə ərzaq və geyim göndərilməsini də təşkil edib.

1993-cü ilin mayında Şuşanın işğalının ildönümü münasibətilə o, keçmiş qondarma Qarabağ rejiminin medalı ilə təltif edilib. Daha sonra Ermənistan Müdafiə Nazirliyinin fəxri diplomu və digər mükafatlar alıb.

Saqatelyan ehtiyatda olan polkovnik-leytenant rütbəsi daşıyıb.

Onun ölümünün ildönümü münasibətilə 2010-cu il dekabrın 14-də Ermənistanın Ararat vilayətinin Dalar kəndində “anım” mərasimi keçirilib.

Mərasimdə Vayotsdzor, Araqatsotn, Tavuş, Vedi, Ararat və Masis bölgələrindən gəlmiş keçmiş cinayətkar silahlı dəstə rəhbərləri, hərbçilər, eləcə də Ararat vilayətinin qubernatoru Edik Barseqyan iştirak ediblər.

İştirakçılar Saqatelyanın məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.

Həmin dövrdə erməni yazıçısı Qohar Qarunun Saqatelyan haqqında kitab hazırladığı və Dalar kənd orta məktəbinə onun adının verilməsi üçün sənədlərin toplandığı da açıqlanıb.

“Muş” adı altında daha əvvəl yaradılmış cinayətkar silahlı birlik

Araşdırma zamanı “Muş” adı ilə bağlı daha bir maraqlı fakt müəyyən edilib.

Erməni mənbələrinə görə, 1990-cı illərin əvvəllərində Muşeq Mxoyanın rəhbərlik etdiyi, eyni adı daşıyan başqa silahlı terror təşkilatı da fəaliyyət göstərib.

Bu təşkilat 19 cinayətkar silahlı dəstəni birləşdirən qüvvələrin ümumi qərargahı kimi təqdim olunur.

Muşeq Mxoyan 1991-ci il mayın 4-də Ermənistanın Tavuş bölgəsindəki Movses kəndi yaxınlığında baş vermiş döyüş zamanı öldürülüb.

Onun cəsədi İrəvandakı qondarma erməni soyqırımı memorial kompleksinin ərazisində dəfn edilib.

Ermənistanın keçmiş daxili qoşunlar rəsmisi Ara Xudaverdyan da 2011-ci ildə verdiyi müsahibədə Muşeq Mxoyanın rəhbərlik etdiyi “Muş” təşkilatını Ermənistanın ilk qeyri-nizami (cinayətkar) silahlı birləşmələrindən biri kimi xatırladıb.