00:00 · 24.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Rusiya diplomatı ölkədən çıxarılırAvropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyirQarabağı Konstitusiyadan silmək üçün çox ağır qərar – Paşinyan son “döyüş”ə hazırlaşırZaqatalaya güclü leysan və dolu yağıbRusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan TƏCİLİ AÇIQLAMAİran qlobal internet şəbəkəsini vuracaqTramp üçüncü dəfə prezident olmaq istəyir – AÇIQ İDDİA“Altaylardan Erciyesə”: Türk dünyasının birliyi və qardaşlıq mesajıAzərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdüVurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilibQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiRusiya diplomatı ölkədən çıxarılırAvropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyirQarabağı Konstitusiyadan silmək üçün çox ağır qərar – Paşinyan son “döyüş”ə hazırlaşırZaqatalaya güclü leysan və dolu yağıbRusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan TƏCİLİ AÇIQLAMAİran qlobal internet şəbəkəsini vuracaqTramp üçüncü dəfə prezident olmaq istəyir – AÇIQ İDDİA“Altaylardan Erciyesə”: Türk dünyasının birliyi və qardaşlıq mesajıAzərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdüVurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilibQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsi
Mövqe

Rusiya diplomatı ölkədən çıxarılır

Moldova hakimiyyəti ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşlarından birini ölkədən çıxarmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Telenesti rayonunun Kiştelnitsa kəndində partlayıcı maddə daşıyan PUA-nın yaşayış evindən təxminən 100 metr məsafəyə düşməsi ilə əlaqədardır.

“Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulmasını və Telenesti rayonunun Kiştelnitsa kəndində baş vermiş insidenti qətiyyətlə pisləyir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Moldova Baş Polis Müfəttişliyinin ilkin məlumatına görə, hadisə zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

Hadisədən sonra Rusiya səfirliyinin əməkdaşlarından birinin persona non grata – arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması qərara alınıb.