00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Səhiyyə

Hər gün istifadə etdiyimiz bu qida – İnsult riskini artırır

Rasionda şəkərin normadan artıq olması insult və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış rusiyalı kardioloq Dmitri Orlov xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, uzun illər boyu normadan artıq şəkər qəbul etmək orqanizmdə geri dönməz proseslərə səbəb olur:

“İnsan illərlə həddindən artıq şəkər istehlak edərək yaşayanda, onun damarları və ürəyi tükənmə rejimində işləyir — təzyiq yüksəlir, ateroskleroz və diabet inkişaf edir. Müəyyən bir məqamda isə bu proses insult və ya infarktla nəticələnir”.

Həkimin sözlərinə görə, təhlükə yalnız tort və konfet kimi göz qabağında olan şirniyyatlarla məhdudlaşmır. Qazlı içkilər, paketlənmiş şirələr, şirin yoqurtlar, müxtəlif souslar və yarımfabrikatların tərkibindəki “gizli şəkər” də eyni dərəcədə risk yaradır.

Dmitri Orlov şəkərdən tamamilə imtina etməyin şərt olmadığını, lakin onun miqdarını minimuma endirməyi məsləhət görür. Bunun üçün o, şirin içkiləri rasiondan çıxarmağı, desertləri azaltmağı, şirniyyatların bir qismini isə meyvə və qoz-fındıqla əvəz etməyi tövsiyə edir.