Güney Azərbaycanın Ərdəbil əyalətində yerləşən Savalan dağının yüksəklikləri payızın ilk qar yağışı ilə ağ örpəyə bürünüb. Dağın bəzi ərazilərində qarın qalınlığı 25 santimetrə çatıb.
Payızın ilk qar yağışı Savalanın yüksək dağlıq ərazilərinə qış mənzərəsi bəxş edib. Ərdəbil əyalətinin ən tanınmış təbii görməli yerlərindən biri olan Savalan qış fəsli başlamazdan əvvəl ağ örpəyə bürünüb.
Uluyol.info