00:00 · 25.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?
Gündəm

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi

Əvvəllər Azərbaycan əleyhinə açıqlamalar verən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.

Qaynarinfo xəbər verir ki, keçmiş məmur bu barədə teleqram kanalında yazıb.

“Mən Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim”, – o qeyd edib.

Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar “Moskva 24” televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.

Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.