00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? – Rəqəmlər açıqlandı

Azərbaycanın xarici dövlət borcu nə qədərdir? – Rəqəmlər açıqlandı

2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dollarına bərabər olub.

Uluyol.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,8 % azdır.

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-nə 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib. Strateji valyuta ehtiyatları illik müqayisədə 9,7% artıb.

Müqayisə üçün, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil etmişdi.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur.

Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata enib, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,6 % artaraq 71 milyard 721,7 milyon manata yüksəlib.//qaynarinfo.az