00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
İqtisadiyyat

Bu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilir

Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bu zaman işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.

Bildirilib ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

“16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz.

Eyni qayda fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlara, eləcə də yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslərə də şamil edilir”, – məlumatda bildirilib.