00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
Mövqe

İran ABŞ və İsrailə sərt cavab verəcəyini açıqladı

İran ABŞ və İsrail tərəfindən yeni hücumlar olacağı təqdirdə cavab tədbirlərində özünü məhdudlaşdırmaq niyyətində deyil.

Uluyol.info xəbər verir ki, bu barədə yüksəkvəzifəli iranlı mənbə ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların yenidən başlaya biləcəyi ilə bağlı açıqlamalarını şərh edərkən TASS-a bildirib.

Mənbənin sözlərinə görə, İran hücumun miqyasından asılı olmayaraq, istənilən zərbəyə genişmiqyaslı cavab verməyə hazırlaşır. O, ölkənin yeni hərbi texnologiyalarını nümayiş etdirə biləcəyini və cavab tədbirlərini müəyyən ərazi və ya qarşıdurma sahəsi ilə məhdudlaşdırmayacağını qeyd edib.

Bildirilib ki, Tehranın bu mövqeyi Vaşinqtonun addımlarına inamsızlıq və İsrailin ABŞ administrasiyasına təsiri ilə əlaqədardır. Mənbə İranın uzunmüddətli münaqişəyə hazırlaşdığını, müdafiə və hücum strategiyalarını buna uyğun qurduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla münaqişəni “yaxşı və ya o qədər də yaxşı olmayan yolla” başa çatdıracaqlarını bildirib. O, Vaşinqtonun məsələni sona çatdırmalı olduğunu və əsas sualın bunun necə həyata keçiriləcəyindən ibarət olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin isə sentyabrda Moskvanın İran və ABŞ arasında atəşkəs memorandumu imzalanmasını alqışladığını, lakin əldə olunan atəşkəsin dayanıqsız olduğunu bildirib.//redaktor.az