00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Gündəm

Laçında itkin düşən hərbi qulluqçu Ermənistanda saxlanılıb

Sosial media şəbəkələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi ilə bağlı yayılan məlumatlara Baş Prokurorluğun mətbuat xidməti münasibət bildirib.

Musavat.com-a prokurorluqdan verilən rəsmi məlumata görə, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və yerinin müəyyən edilməməsi səbəbindən dərhal axtarışlara başlanılıb. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən ərazidə genişmiqyaslı zəruri axtarış tədbirləri həyata keçirilib.

Hadisənin təfərrüatlarının araşdırılması məqsədilə hərbi prokurorluqda aparılan araşdırmalar zamanı N.Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, hazırda zəruri istintaq-prosessual hərəkətləri davam etdirilir.

Keçirilən tədbirlər nəticəsində məlum olub ki, Nəsimi Musayev Ermənistan Respublikasının ərazisindədir və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanılıb.

Hazırda hərbi qulluqçunun Ermənistanda saxlanılma şəraiti və hadisənin digər detallarının aydınlaşdırılması üçün Azərbaycanın aidiyyəti dövlət qurumları qarşı tərəflə zəruri təmasları davam etdirir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.