00:00 · 01.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricaniİran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricani
Ədəbiyyat

Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”

Onu bilmirəm

Mənə elə gəlir görüşəcəyik,

uzun sürməyəcək bu həsrət, bu qəm.

Sonra təəssüflə gülüşəcəyik,

sənə necə gəlir… onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim,

gedər küsümüz də bir dəfə görsəm.

Genişdir, böyükdür sənin ürəyin,

sənə necə gəlir… onu bilmirəm.

Mənə elə gəlir, haraya getsən

gözündə, könlündə yalnız tək mənəm.

Sən məni unuda bilməyəcəksən,

sənə necə gəlir… onu bilmirəm.

Mənə elə gəlir, yaşamaq olmaz,

günəşsiz, havasız – belədir aləm.

Həmdəmsiz çətindi… söz çox, ömür az,

sənə necə gəlir… onu bilmirəm.

Ehtiyacı var

İnsan cavanlıqda şərəf-şan gəzir,

Hər kəsin bir ada ehtiyacı var.

Elə ki, ağardı saçı-saqqalı,

Atanın övlada ehtiyacı var.

Tələsmə bir məqam düşsə əlinə,

İnanma dünyanın gəlhagəlinə.

Arvadın – uşağa, qıza, gəlinə,

Kişinin – arvada ehtiyacı var.

Yaş gəlib yetişir əlliyə, yüzə,

Ürək həssas olur əyriyə, düzə.

Qulağın bir səsə, gözün bir üzə,

Ağızın bir dada ehtiyacı var.

Zəmanə hikmətdi, mənası dərin,

Arxayın olma ki, istidi yerin.

Əlində bir qoşun, ortada Şirin,

Xosrovun Fərhada ehtiyacı var.

Böyüklər iş görüb, uşağam deyib,

Basılıb о kəs ki, qoçağam deyib.

Nəriman, çox qızma, ocağam deyib,

Ocağın bir oda ehtiyacı var.