00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
Ölkə

Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO

Bu gün Neftçala rayonunda yağan yağış rayon mərkəzində fəsadlara səbəb olub. Heydər Əliyev prospektini və şəhərin bir sıra küçələrini su basıb. Bizimesr.info xəbər verir ki, redaksiyamıza göndərilən videogörüntülərdə prospektin və küçələrin su altında qaldığı, yollarda böyük gölməçələrin yarandığı görmək mümkündür.

Xatırladaq ki, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Prezidentin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Buna baxmayaraq, yağışlı havalarda rayon mərkəzinin küçələrinin su altında qalması kanalizasiya və yağış sularının axıdılması sisteminin vəziyyəti ilə bağlı suallar yaradır. Görəsən, ayrılan vəsait hesabına görülən işlər yağış sularının küçələrdə toplanmasının qarşısını almaq üçün niyə yetərli olmayıb?

Mövcud drenaj sistemi necə qurulub ki, su prospekt və küçələrdə yığılıb qalır?

Qeyd edək ki, layihə ilə bağlı əvvəlki məlumatlarda “Avtoyoltikintiservis” MMC-nin də adı hallanıb.
Bizimesr.info