00:00 · 25.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?
Dünya

Rusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıb

Son bir ildə Rusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Milli İnşaatçılar Assosiasiyasının (“NOSTROY”) prezidenti Anton Qluşkov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu sahələrdə təxminən 20.000 xarici işçi çalışır. Bu, son on ildəkindən təxminən beş faiz çoxdur.

Adətən, miqrantlar Orta Asiyadan gəlir. İndi onların arasında Özbəkistandan bir qədər çox, Tacikistandan isə bir qədər az işçi var. Bundan əlavə, Rusiya Hindistan, Pakistan, Banqladeş, Myanma və Vyetnam kimi ölkələrdən işçilər cəlb etməyə başlayıb.

Qluşkov həmçinin Sibir və Uzaq Şərqdə işləyən Şimali Koreyalı inşaat işçiləri barədə də fikirlərini bildirib. O, onların özlərini çox yaxşı göstərdiklərini deyib. “Onlar intizamlı olmaları, yüksək əmək məhsuldarlığı ilə seçilirlər, miqrasiya siyasətində problem yaratmırlar və Rusiya qanunvericiliyinə ciddi şəkildə riayət edirlər”, – Qluşkov bildirib.

Keçən ilin nəticələrinə görə, Rusiya Şimali Koreya vətəndaşlarına 36.413 viza verib ki, bu da bir il əvvəlkindən təxminən dörd dəfə çoxdur.

Qeyd edək ki, son illərdə Rusiyada miqrantlara qarşı qanunlar sərtləşdiriləndən sonra onlar yalnız ağır işlərdə, əsasən tikintidə işləməyə məcburdurlar.