00:00 · 05.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlamaFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama
Təhsil

Sabiq deputatdan Əmrullayevə SƏRT sözlər

Bu məmləkətdə dərsliklər də dostluq və digər maraqlarla yazdırılır. Bundan böyük cinayət ola bilərmi? Urvatsız dərsliklərin baiskarı olan Emin Əmrullayev isə şagirdləri oxuyub anlamamaqda təqsirləndirir.

Tribuna.az xəbər verir ki, bu sözlərlə sabiq deputat, təhsil üzrə mütəxəssis olan Etibar Əliyev çıxış edib. O bildirib ki, klassiklər dərsliklərdən çıxarılır:

“Emin Əmrullayevin çaldığı həyəcan təbili geniş rezonansa səbəb oldu: “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür”. Sual ortaya çıxır. Bəs Azərbaycanda hər üç nəfərdən neçəsi kimyəvi elementlərin valentliyini, sürətin və təcilin düsturunu, ədədi kəsri və faizi hesablamağı, hüceyrənin quruluşunu bilir?.

Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsa Hüseynovun “Tütək səsi”, Yusif Səmədoğlunun “Qətl günü”, Cəfər Cabbarlının “Aydın” pyesi və digər vacib əsərləri oxuyub anlaya bilmirlər?.

Nazir “Azərbayan dili” və “Ədəbiyyat” dərliklərində yer alan şeirlər və bədii mətnlərin məzmunu ilə maraqlanıbmı?

Məsələn, DİM ekspertləri Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyində məzmunun işlənməsi baxımından – 36 qüsur, Dil və yazı üslubu baxımından – 24 qüsur aşkar etmişdi.

Həmin qüsurlar aradan qaldırıldımı? Şagird dərslikdən səhvlər tapır.
Klassiklər dərsliklərdən çıxarılır, onların əvəzinə Hüseynbala Mirələmov və başqalarının yazdıqları əlavə olunur”.

E. Əliyev bildirib ki, qurama adlarla dərsliklərdə uşaqlara şeir sırıyırlar:

“Uşaq 7-ci sinif “Azərbaycan dili” dərsliyində çap olunmuş bu şeiri necə oxuyub anlasın?

Qurama adlarla uşaqlara şeir sırıyırlar, cənab nazir!

DOVŞAN ŞEİRİ

Dovşan çox bərk qaçırdı
Arxasına baxmadan
Necə sürətlə qaçır
Sincab dedi ağacdan
Çox çalışıb görünür
Məşq edib, axşam – səhər
Yoxsa qaça bilərmi
Yorulmadan bu qədər
Bunu eşidib dovşan,
Heç ayaq saxlamadan
Sən də belə qaçarsan,
Məşqçin tülkü olsa.

Azərbaycanda 40 ildən çoxdur ki, “Uşaq şeirləri” sahəsini Xahid Xəlil adlı bir nəfər mənasız şeirləri ilə inhisara alıb. Onun yalnız bir şeirini göstərirəm.

Qara toyuq
Səhərdən cəh-cəh vurursan,
Kefin sazdı, qara toyuq.
Səsin necə işıqlıdı
Bəmbəyazdı, qara toyuq.
Kolluqda da oxuyursan,
Dərdin yoxdur, sərin yoxdur.
Qəlbinin içi çöldədi,
Deyən sənin sirrin yoxdu.
Hökmün tutub yeri-göyü,
Hardan aldın bu həvəsi.
Sanki xəzinə tapmısan
Bir toya bəs edər səsin.
Yox, yanıldım, qara toyuq.
Xəzinə batırır səsi.
Dövləti çox olanların,
Yoxa çıxır zümzüməsi.
Neylirsən dünya malını?
Xəzinə sənin səsindi,
Oxu, körpə quşçuğazım,
Oxu, bu dövlət bəsindi.

Belə urvatsız şeirləri uşaqlara əzbərlədirlər. Bu tip şeirlər uşaq təfəkkürünü və xarakterini korlayır. Bu məmləkətdə dərsliklər də dostluq və digər maraqlarla yazdırılır. Bundan böyük cinayət ola bilərmi? Urvatsız dərsliklərin baiskarı olan Emin Əmrullayev isə şagirdləri oxuyub anlamamaqda təqsirləndirir”.

Nigar İxtiyarqızı