00:00 · 30.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirTürk dünyası üçün tarixi hadisə – 750 min ağac, 8 dövlətin bayrağı bir arada! -FOTOLAR  “David Seliverstov”un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıbAzərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıbXameneinin oğlu sağ İMİŞZaur Rzayev vəfat etdiƏrdoğan qalstuku ilə mesaj verdiNeftçalada H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyubAzərbaycanda 5 dövlət qurumu LƏĞV OLUNDUPaşinyan: Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyikTürkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötürTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilir
Mövqe

Zəngəzur Ermənistanın başına bəla olacaq – Rusiyadan İrəvana sərt xəbərdarlıq

Zəngəzur dəhlizi layihəsi gələcəkdə Ermənistanın özü üçün ciddi problemlər yarada bilər.

Musavat.com xəbər verir ki, xüsusilə İrəvanın İranla mövcud münasibətləri fonunda layihənin mümkün nəticələri ilə bağlı xəbərdarlıq edilib.

Bunu Kremlə bağlı olan rusiyalı politoloq Aleksandr Dudçak Moskva–İrəvan videokörpüsü zamanı, Sputnik Ermənistanın platformasının da qoşulduğu müzakirədə bildirib.

Politoloqun sözlərinə görə, proses hələ məntiqi yekununa çatmayıb və hazırda praktiki müstəvidə hər hansı eskalasiya müşahidə edilmir. Lakin gələcəkdə vəziyyətin dəyişməsi mümkündür.

Dudçak hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı proseslər Ermənistanın İranla hazırda mövcud olan yaxşı münasibətlərinə də mənfi təsir göstərə bilər.

“Amerikalıları tanıyaraq, həmçinin Türkiyənin rəhbərliyi altında azərbaycanlı tərəfdaşların necə davrana biləcəyini nəzərə alaraq demək olar ki, bütün bunlar həm Rusiya, həm də bütövlükdə region üçün ciddi problemlərə çevrilə bilər”, – deyə politoloq bildirib.

O, Ermənistan əhalisinin bu prosesdən heç bir fayda əldə etməyəcəyini də iddia edib.

“Amma bir şey dəqiqdir ki, erməni xalqı bundan heç bir qazanc əldə etməyəcək”, – deyə Dudçak vurğulayıb.