00:00 · 15.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Neftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaqNeftçala faciəsi – 20 Yanvarın unudulmayan ağrısı və 9 yaşlı İbrahimin taleyiSoyuq havada telefonun enerjisi niyə tez azalır?66 il əvvəl dünyanın sonu üçün tarix vermişdilər – Həmin gün bu gündürŞimali Koreya 78 il sonra bayrağını dəyişdi – FOTOMilyonlarla telefon istifadəçisinə xəbərdarlıq edildi82 yıllık acı: Ninelerimizin, dedelerimizin gözyaşlarıyla büyüdük!Jurnalist Aynur Elgünəş əməliyyat olunduQərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri… – Müharibə mövzusunda yazılmış məşhur romanlarNazir müavini Rauf Hacıyevin oğlu yenə gündəmdə: kazino, rus qızı, biznes…Avropalı polislər Zəngəzurda – ilginc səfərMİDA güzəştli mənzilləri satışa çıxarır – Qiymətlər açıqlandıMəktəblərdə bir həftə dərs olmayacaq
Gündəm

Zelenski və Putin MAYAMİDƏ Görüşəcək? – Budanov tarixi AÇIQLADI

Ukrayna üzrə sülh danışıqlarının növbəti raundunun 2026-cı ilin oktyabr ayında üçtərəfli formatda keçirilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bunu Viktor Pinçuk Fondunun təşkil etdiyi “YES Annual Meeting 2026” konfransında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.

Jurnalistlərin suallarını cavablandıran Budanov “Hazırlaşırıq. Oktyabr ayına”, – deyə qeyd edib.

Prezident Ofisinin rəhbəri söhbətin məhz üçtərəfli formatdan getdiyini təsdiqləyib. Lakin “RBC-Ukraine” müxbirinin görüşün Yaxın Şərqdə keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına cavab olaraq, ehtimal olunan görüşün yerini dəqiqləşdirməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın başladığı müharibənin başa çatdırılması üzrə sülh danışıqlarında Kiyevin güclü mövqelərə malik olduğunu bəyan edib.

Onun sözlərinə görə, Kiyev beynəlxalq tərəfdaşlarından yeni “müsbət siqnal” da alıb.

Müharibənin dayandırılması ilə bağlı konkret qərarlar əldə etmək üçün Zelenski Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu da diqqətə çatdırıb.