00:00 · 26.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötürFransada etirazlar zamanı ultra-sağ fəalların nümayişçilərə hücum etdiyi bildirilirBeşqat dünya çempionu Eldəniz Əzizli: “Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi”“Güclü orduya sahib olmaq müharibə istəmək mənasına gəlmir” – Marin Le PenOktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”Premyer Liqa: “Sabah” – “Qarabağ” oyununda qalib müəyyənləşmədiR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıbMillimiz bu gün iki oyun keçirəcəkHava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – SABAH…İran Yaxın Şərq ölkələrinə ultimatum verdiBu rayonlara qar yağırAlbaniyada etirazçılar bələdiyyə binasını yandırıblarQubadlının işğaldan azad edilməsindən 6 il ötür
Səhiyyə

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, tibbdə “bruksizm” adlandırılan bu problem uzun müddət davam etdikdə dişlərdə aşınma, çatlar, çənə ağrıları və xroniki baş ağrılarına səbəb ola bilər.

Biruni Universiteti Diş Həkimliyi Fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi şöbəsinin rəhbəri Prof. Dr. Mustafa Cenk Durmuşlar bildirib ki, bir çox insan dişlərini sıxdığını səhərlər ortaya çıxan əlamətlər vasitəsilə anlayır.

Onun sözlərinə görə, səhər baş ağrısı ilə oyanmaq, çənədə yorğunluq hissi, üz əzələlərində ağrı, diş həssaslığı və qulaq ətrafında narahatlıq diş sıxmanın əsas əlamətləri sırasında yer alır.

Mütəxəssis qeyd edib ki, müalicə edilməyən diş sıxma dişlərdə qalıcı zədələr yarada, çənə oynaqlarına əlavə yük verə və ağız açmaqda çətinlik, eləcə də çeynəmə problemlərinə səbəb ola bilər.

Diş sıxmanın əsas səbəbləri arasında stress, narahatlıq, yuxu pozuntuları və gündəlik həyatın yaratdığı gərginlik göstərilir. Bu səbəbdən problemin həllində yalnız dişlərin deyil, insanın həyat tərzinin də nəzərə alınması vacib hesab olunur.

Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər. Müalicə üsulları arasında gecə diş qoruyucularından istifadə, stressin idarə olunması və bəzi hallarda çeynəmə əzələlərinin fəaliyyətini azaltmağa yönəlmiş “masseter botoksu” tətbiqi də yer alır.//Demokrat.az