Bu gün oktyabrin 9-da Müsavat Partiyasının qərargahında partiyanın yaranmasının 115-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Gənclər təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə partiyanın tarixi ilə bağlı hazırlanmış film nümayiş etdirilib.
Müsavat Gənclər Təşkilatının təmsilçisi Sənan Səbuhioğlunun aparıcı olduğu tədbirdə İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı, Hidayet Allahverdi və digərləri çıxış ediblər.
