00:00 · 01.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricaniİran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricani
Dünya

Almaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdı

Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını planlaşdıran “Gen Z regelt” (“Z nəsli həll edir”) təşəbbüsü çağırış edib.

Uluyol.info TASS-a istinadən xəbər verir ki, Berlində nümayiş şəhərin simvollarından biri olan Brandenburq qapısının yaxınlığında keçirilir. Aksiyada 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir.

Etirazçıların əsas tələbləri arasında məcburi hərbi xidmətin bərpasından imtina edilməsi, təhsil, səhiyyə və iqlimin qorunması sahələrinə ayrılan investisiyaların artırılması, həmçinin yaşayış xərclərinin artmasına qarşı daha fəal tədbirlərin görülməsi yer alır.

Məlumata görə, axşam saatlarında Almaniya paytaxtının Rozentaler-plats meydanında təxminən 500 nəfərin iştirakı ilə daha bir aksiyanın keçirilməsi planlaşdırılır. “Z nəslinin səbri tükəndi” şüarı altında keçiriləcək aksiyaya Fələstini dəstəkləyən fəalların və solçu radikalların da qatılacağı gözlənilir.

Berlində ictimai təhlükəsizliyin təmin olunmasına 1 500-ə yaxın polis əməkdaşı cəlb edilib. Təşkilatçılar aksiyalardan əvvəl dəfələrlə yalnız dinc etirazları dəstəklədiklərini bildirərək iştirakçıları təxribatlara uymamağa çağırıblar. Buna baxmayaraq, Almaniyanın hüquq-mühafizə orqanları nümayişlərin iğtişaşlara və etirazçılarla polis arasında toqquşmalara çevrilə biləcəyini istisna etmirlər.

Aksiyaların keçirilməsi “Halloween” bayramı ilə əlaqədar tədbirlərlə eyni vaxta təsadüf edir. (Bayram oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunur – red.)

Bundan əlavə, polisin məlumatına görə, sosial şəbəkələrdə bəzi ekstremist qruplaşmalar, xüsusilə də solçu radikal qruplar öz tərəfdarlarını nümayişlərə qoşulmağa çağırıblar. Bununla əlaqədar olaraq, ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

Etirazlar ərəfəsində Berlində və digər şəhərlərdə fəaliyyət göstərən bir sıra dəb butiklərinin vitrinləri taxta lövhələrlə bağlanıb. Bəzi mağazalar isə oktyabrın 30-da iş vaxtından əvvəl bağlanacaqları barədə elanlar yerləşdiriblər.

Biznes nümayəndələri etirazların Fransada baş vermiş hadisələrə bənzər talanlarla nəticələnə biləcəyindən ehtiyat edirlər.