00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Mövqe

BMT-dən dəhşətli xəbərdarlıq – 49 milyon insan ac qala bilər

2027-ci ilin sonuna qədər dünyada aclıqdan əziyyət çəkən insanların sayı “El-Nino” iqlim hadisəsinin güclənməsi səbəbindən daha 49 milyon nəfər arta bilər.

Uluyol.info  xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) açıqladığı hesabatda bildirilir.

Qurumun məlumatına görə, təbiət hadisəsinin pik nöqtəsi 2026-cı ilin sentyabr-dekabr aylarına təsadüf edəcək:

“Lakin əkin və məhsul yığımı dövrünə mənfi təsirləri səbəbindən fəsadlar 2027-ci ildə də kəskin hiss olunacaq. 2015-2016-cı illərdə “El-Nino” 60-100 milyon insanın ərzaq təhlükəsizliyinə mənfi təsir göstərmişdi. 2026-2027-ci illərin dalğası isə 2027-ci ilin sonunadək ən azı 49 milyon insanın kəskin ərzaq qıtlığı ilə üzləşməsinə gətirib çıxara bilər”.

Bildirilib ki, sözügedən iqlim hadisəsinin konkret regionlara dəqiq təsirini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki regional iqlimə Hind okeanındakı oxşar iqlim prosesləri və digər paralel faktorlar da birbaşa təsir göstərir.

Xatırladaq ki, bundan əvvəl mütəxəssislər “El-Nino”nun təsiri ilə regionda havaların kəskin istiləşəcəyi barədə xəbərdarlıq etmişdilər.\\qafqazinfo.az