00:00 · 15.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Din seçim, türklük kaderdir !Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıbDin seçim, türklük kaderdir !Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
Cəmiyyət

İqtisadçı pensiya sistemində təcili islahatlara çağırdı

“Azərbaycanda pensiya sistemində köklü islahatlara təcili ehtiyac var”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son illərdə pensiya sahəsində dəfələrlə dəyişikliklər edilsə də, bu günə qədər ədalətli və dayanıqlı sistem formalaşdırmaq mümkün olmayıb:

“Nəticədə yeni pensiya qanunvericiliyinin hazırlanmasına ehtiyac yaranıb. Xüsusilə də yığım hissəsində toplanan vəsaitlərə çıxış imkanları ilə bağlı yeni qaydalar müəyyənləşdirilməlidir. Təqaüd yaşının artırılması deyil, pensiyaların aşağı olması əsas müzakirə mövzusu olmalıdır”.

Natiq Cəfərli vətəndaşların aldığı pensiyaların məbləğinin getdikcə azalmasının ciddi problem olduğunu vurğulayıb:

“Bu problem gələcəkdə daha da dərinləşəcək. Çünki artıq demoqrafik çətinliklər yaranıb. Doğulan uşaqların sayı azalır, əhalinin yaşlanması isə sürətlənir. Azərbaycanda tətbiq olunan sosial həmrəylik prinsipinə görə, hazırda işləyənlər pensiyaçıların təminatını maliyyələşdirirlər. Lakin gələcəkdə doğum səviyyəsinin aşağı düşməsi və ölkədən miqrasiyanın artması səbəbindən işləyənlərin sayı azalacaq. Bu isə pensiya ödənişlərinin maliyyələşdirilməsində ciddi çətinliklər yaradacaq”.

İqtisadçı hesab edir ki, problemin həlli üçün indidən sistemli addımlar atılmalıdır:

“Bu risklərin qarşısını almaq üçün sistemli yanaşmaya və yeni qanunvericilik bazasının yaradılmasına təcili ehtiyac var”.

Bahar Rüstəmli