00:00 · 22.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdiKimlərə övladlığa uşaq verilmir? — Açıqlama385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdiSarkisyanı tuturlar – torpaq və qala satıb, tender saxtalaşdırıbAlmaniyada qəbiristanlıqda mərhumlarla “danışmaq” üçün “külək telefonu” quraşdırılıbCHP-də zəlzələ: Özgür Özəl elan etdi – 90 deputatla bağlı sensasion iddiaBeş yaşlıların məktəb seçiminə başlandıİsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?Ən təhlükəli ağrıkəsicilərMessi ən yaxşı seçildiDirektorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayırAzərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalanıbTəhlükəsizlik qüvvələri jurnalisti iş yerində həbs etdi
İslam

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümündən sonra dəfn mərasiminin uzun müddət keçirilməsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. İslam dinində mərhumun dəfninin gecikdirilməsi necə qiymətləndirilir və hansı hallarda buna icazə verilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam şəriətində vəfat edən şəxsin yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn olunması “fərzi-kifayə” hökmünə daxildir.

Onun sözlərinə görə, cəmiyyətin bir qrup üzvü bu vəzifəni yerinə yetirdikdə, digər insanların üzərindən məsuliyyət götürülmüş sayılır:

“Hədis qaynaqlarında Peyğəmbərimizin (s.ə.s.) tövsiyəsinə əsasən, cənazənin dəfnində lüzumsuz gecikməyə yol verilməməlidir. Ümumiyyətlə, vəfat edən şəxsin mümkün qədər tez dəfn olunması İslamın əsas prinsiplərindəndir.”

İlahiyyatçı qeyd edib ki, bəzi zəruri hallarda cənazənin bir neçə gün saxlanılması dini baxımdan qəbul edilir:

“Məsələn, tibbi ekspertiza aparılması, ölüm səbəbinin araşdırılması, istintaq tədbirlərinin həyata keçirilməsi kimi hallarda cənazənin dərhal dəfn olunmaması zərurəti yarana bilər. Bu zaman meyit mütləq morqda və ya xüsusi soyuducu şəraitdə saxlanmalıdır.

İnsan vəfat etdikdən sonra orqanizmdə sürətli bioloji və kimyəvi proseslər başlayır. Buna görə də cənazənin xarab olmasının qarşısını almaq dini baxımdan da vacibdir.

Ölüm faktının tam dəqiqləşdirilmədiyi, şəxsin komada olması ehtimalı və ya şübhəli ölüm hallarında da müəyyən müddət gözləmək mümkündür.

Mərhumun yaxın qohumlarının uzaq məsafədən gəlməsi üçün qısa müddətli gecikməyə də yol verilə bilər”.

A.Hacıbəyli bildirib ki, fövqəladə hallar zamanı da dəfnin təxirə salınması zərurət hesab olunur:

“Müharibə, təbii fəlakətlər, zəlzələ, epidemiya və ya qəbiristanlıqlara çıxışın mümkün olmadığı hallarda cənazənin dəfni bir neçə gün gecikdirilə bilər. Belə vəziyyətlərdə meyitin mütləq soyuducu şəraitdə saxlanılması vacibdir.”

O, qeyd edib ki, cənazənin uzun müddət uyğun olmayan şəraitdə saxlanılması nəticəsində ətrafa xoşagəlməz qoxuların yayılması İslamda bəyənilmir:

“Əgər bu, ətraf mühitə və insanlara zərər verəcək vəziyyət yaradırsa, şəriətdə buna yol verilməsi düzgün hesab olunmur. Buna görə də yalnız zəruri səbəblər olduqda və bütün gigiyenik qaydalara əməl edilməklə dəfnin gecikdirilməsi mümkündür.”

İlahiyyatçının fikrincə, ümumi prinsip cənazənin mümkün qədər tez dəfn edilməsidir. Lakin hüquqi, tibbi, təhlükəsizlik və ya fövqəladə vəziyyətlər yarandıqda, İslam dini müəyyən istisnalara da imkan verir.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir