00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Gündəm

Azərbaycan və İran prezidentləri Bişkekdə görüşüblər – FOTO 

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Oxu.Az xəbər verir ki, Məsud Pezeşkian dövlətimizin başçısı ilə görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladı, İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğuladı, bütün bunlara görə bir daha minnətdarlığını bildirdi.

Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd etdi.

Məsud Pezeşkian ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayaraq, İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq niyyətində olduğunu dedi.

Dövlətimizin başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğuladı.

Prezident İlham Əliyev dedi ki, ölkəmiz İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.