00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
İslam

Dünya futbolunun əfsanəsi qərar verdi – Roberto Karlos Kəlmeyi-şəhadət gətirib İslamı seçdi

Dünya və Braziliya futbolunun əfsanəvi simalarından Roberto Karlosun İslam dinini qəbul etdiyi barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə AK Partiyanın Qaziantepdən olan millət vəkili Ali Şahin Braziliyaya səfəri zamanı keçirdiyi görüşdən sonra məlumat verib.

Ali Şahin Braziliyanın San-Paulu şəhərində Şeyx Cihad Həmmadə və Braziliya İslam Xeyriyyəçi Gənclər Birliyinin nümayəndələri ilə görüşdüyünü bildirib. Görüş zamanı ölkədəki müsəlman icmasının fəaliyyəti və vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Deputatın sözlərinə görə, Şeyx Cihad Həmmadə dünya futbolunun məşhur simalarından, vaxtilə Fənərbaxçanın da formasını geyinmiş Roberto Karlosun uzun müddətdir onunla əlaqə saxladığını deyib.

Həmmadənin verdiyi məlumata əsasən, Roberto Karlos təxminən dörd həftə əvvəl onu ziyarət edib və həmin görüş zamanı Kəlmeyi-şəhadət gətirərək İslam dinini seçib.

Ali Şahin bu xəbəri ictimaiyyətlə bölüşərək Roberto Karlosu təbrik edib, ona və ailəsinə sülh, sağlamlıq və bərəkətli həyat arzulayıb.

53 yaşlı Roberto Karlos futbol tarixinin ən məşhur sol cinah müdafiəçilərindən biridir. O, Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub, uzun illər Real Madriddə çıxış edib. Əfsanəvi futbolçu 2007-ci ildə Fənərbaxçaya transfer olunaraq Türkiyədə də böyük populyarlıq qazanıb.