00:00 · 30.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Aqrar sahədə subsidiyalar niyə gözlənilən nəticəni vermir? – İqtisadçı səbəbləri açıqlayırAzərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb – Səbəb nədir?Sabah leysan yağacaqBakı fatehinin ermənilərə 3 müraciəti22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilərSən demə, bu meyvələr şəkəri tənzimləyirmiş-QIZIL SİYAHIStressi idarə etməyin ən güclü üsullarından biri: “Qutu nəfəsi” necə işləyir?Nepalda ölənlərin sayı 734-ə çatdı“Tenderlər kralının” Azərbaycandan çıxışına QADAĞA – TƏFƏRRÜATDaha bir oyunçu “Qarabağ”ı tərk etdi“Barselona” bu tarixdə Bakıya gələcək – CədvəlAzərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulurAqrar sahədə subsidiyalar niyə gözlənilən nəticəni vermir? – İqtisadçı səbəbləri açıqlayırAzərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb – Səbəb nədir?Sabah leysan yağacaqBakı fatehinin ermənilərə 3 müraciəti22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilərSən demə, bu meyvələr şəkəri tənzimləyirmiş-QIZIL SİYAHIStressi idarə etməyin ən güclü üsullarından biri: “Qutu nəfəsi” necə işləyir?Nepalda ölənlərin sayı 734-ə çatdı“Tenderlər kralının” Azərbaycandan çıxışına QADAĞA – TƏFƏRRÜATDaha bir oyunçu “Qarabağ”ı tərk etdi“Barselona” bu tarixdə Bakıya gələcək – CədvəlAzərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulur
Türk Dünyası

Bakı fatehinin ermənilərə 3 müraciəti

Xilaskar Nuru Paşa Bakı yürüşü zamanı Azərbaycanda yaşayan ermənilərə ciddi xəbərdarlıqlar etmişdi

“Xalq qəzeti”nin Türkiyə müxbiri, ermənişünas alim, Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının erməni mənbələrindən üzə çıxararaq tərcümə etdiyi bu tarixi sənədlər Azərbaycan mətbuatında ilk dəfə dərc olunur. 108 il bundan əvvəl Bakını daşnak-bolşevik “çete”sinin işğalından azad edən Nuru Paşanın ermənilərə ünvanladığı xəbərdarlıq məktublarının bu gün tarixçilər, politoloqlar, eləcə də geniş oxucu kütləsində maraq doğuracağına əminik.

Müraciətlərin qısa tarixçəsi

Qafqaz İslam Ordusunun komandanı ermənilərə müraciətlərində böyük insanpərvər, əsilzadə, sülh və əmin- amanlıq tərəfdarı olduğunu ortaya qoyub. Söhbət Nuru Paşanın 1918-ci ildə Azərbaycannın erməni əhalisinə ünvanladığı 3 məktub-müraciətindan gedir. Müraciətlərdən birincisi “Azərbaycan ermənilərinə” adlanan 15 (28) avqust 1918-ci il tarixli sənəddir. İkincisi, 1918-ci ilin sentyabr ayının birinci yarısında, Bakıya yürüşdən əvvəl edilib.

“Ermənilər! Mən sizə xəbərdarlıq edirəm!” xitabı ilə başlayan üçüncü isə 8–10 oktyabr 1918-ci il tarixli “Zəngəzur qəzasının bütün əhalisinə” edilən müraciətdir. Bu müraciətlər erməni dilində intibahnamələr şəklində erməni əhalisi arasında yayılıb, o dövrün bəzi ermənicə qəzetlərində dərc edilib. Şuşaya türklərin daxil olmasından əvvəl də Nuru Paşanın Qarabağ ermənilərinə bir müraciətinin olduğu məlumdur. Onun ermənilərə silahları təhvil verməyi, türk-Azərbaycan qoşunlarının Şuşada yerləşməsinə imkan yaratmağı və Azərbaycana tabe olmağı tələb edən müraciət göndərdiyi də məlumdur. Bu da ermənicə qaynaqlarda yer alır (H.Tumyan. “Dağlıq Qarabağda 1917–1920-ci illərdə hadisələr (tarixi oçerk)”. Mesrop Maştots adına Matenadaran, müxtəlif müəlliflərin arxivi, siyahı 74, qovluq 24012, sənəd 29, vərəq 130).

Ən maraqlısı odur ki, bu müraciətlərə o zaman erməni milliyyətçi dairələri, o cümlədən Andranik reaksiya veriblər və hətta bu müraciətlərlə birlikdə arxivlərdə general Andranikin Nuru Paşaya cavabı da saxlanmaqdadır.

ARAYIŞ: Nuru Killigil 1890-cı ildə İstanbulda anadan olub, orada böyüyüb və ilk hərbi təhsilini alıb. Sonra əmisi Xəlil Paşanın və qardaşı Ənvər Paşanın yolunu davam etdirərək 1906-cı ildə Quru Qoşunları Məktəbinə daxil olub. 1909-cu ildə təhsilini başa vuran Nuru Paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayıb. Nuru Paşa cəsarətli döyüşçü kimi məsuliyyətli tapşırıqların icrasını öz üzərinə götürməkdən çəkinməzdi. Birinci Dünya müharibəsi ərəfəsində qardaşı Ənvər paşa Türkiyənin hərbi naziri idi. Özü isə sultan qvardiyasında xidmət edirdi.

Cənubi Qafqazda cərəyan edən qanlı hadisələri Osmanlı rəhbərliyi narahatlıqla izləyir və Azərbaycan xalqına hərbi kömək göstərilməsi üçün Ənvər Paşa konkret planlar üzərində düşünməyə başlamışdı. Onun planına əsasən, Azərbaycana ilkin olaraq Osmanlı zabitləri göndərilməli və onların rəhbərliyi altında Azərbaycanın milli hərbi qüvvələri təşkilatlandırılmalı idi. Osmanlı zabitlərinin köməyi və iştirakı ilə təşkilatlandırılacaq orduya Qafqaz İslam Ordusu adı verilməsi hələ aprel ayında qərarlaşdırılmışdı.

1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycan dövləti ilə Osmanlı dövləti arasında imzalanan müqavilə Azərbaycana hərbi qüvvələrin göndərilməsi üçün hüquqi baza yaratdı və dərhal bu imkandan istifadə edildi. Əvvəlcə 5-ci Qafqaz diviziyasına aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana doğru hərəkət etdilər. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı Qazaxa çatdı. İyunun 9-da isə bu qüvvələrin Gəncədə qarşılanması oldu. Bu elə bir dövr idi ki, Bakı erməni-bolşevik işğalı altında idi. Ermənilər Azərbaycanın içərilərində ixtişaşlar törədir, qeyri- sabitlik yaradırdılar.

Cənubi Qafqazda yeni yaranmış Azərbaycan və Ermənistan dövlətləri arasında ərazi mübahisəsi həll olunmamış qalırdı. Tərəflər bu məsələni müzakirə etmək üçün Batumda bir araya gəldilər. Danışıqlar zamanı Aleksandropol quberniyasının sərhədləri daxilində erməni kantonunun yaradılması və İrəvanın bu kantona daxil edilməsi barədə fikir mübadiləsi aparılırdı. Bunun müqabilində Ermənistan hökumətinin Dağlıq Qarabağa olan iddiasından imtina edəcəyi gözlənilirdi.

Lakin ermənilərin vədlərindən boyun qaçırmaq meyli – artıq onlar üçün vərdişə çevrilmiş hal – təəssüf ki, Dağlıq Qarabağ məsələsində də özünü büruzə verdi. Bu məqsədin həyata keçirilməsi yolunda xüsusilə Gəncə, Qarabağ və Zəngəzur erməniləri fəallıq edir, yeni elan edilmiş Azərbaycan Respublikasına tabe olmaq istəmirdilər.

Azərbaycan hökuməti ermənilərin öz vədlərinə əməl etməyəcəyini bilsə də, tarixinin ən mürəkkəb dövrlərindən birini yaşadığı üçün, xarici qüvvələrin təzyiqi altında bu addımı atdı. Azərbaycan Demokratik Respublikası Azərbaycanda yaşayan ermənilərə güzəştə getməkdə davam edirdi. Amma buna baxmayaraq, Azərbaycanın bəzi bölgələrində yaşayan ermənilər silahlanır, təxribatlar törədir və gənc respublika üçün problemlər yaradırdılar.

Təqdim etdiyimiz sənədlərdə bunlar aşkar görünməkdədir. Nuru Paşanın müraciətlərinin mətninə dəyişiklik etmədən onları oxucuların diqqətinə çatdırmaqla tariximizin ən şanlı səhifələrindən birinə işıq salmaq istəyirik. Şübhəsiz ki, Bakı fatehinin necə böyük şəxsiyyət olduğunu vurğulamaqla, tariximizin ən qururlu dönəmində atılan addımların milli və dövləti maraqlarımıza uyğunlaşdırılması kimi çətin bir vəzifənin öhdəsindən gəlindiyini qeyd etməliyik. Həmin müraciətləri qısa şərhlə diqqətinizə təqdim edirik.

1-ci müraciət:
Azərbaycan ermənilərinə

Mənə daxil olan məlumatlara görə, son vaxtlar Şuşa və Zəngəzur qəzalarının erməniləri Gəncə qəzasının dağlıq hissəsində yaşayan ermənilərlə gizli və açıq şəkildə əlaqə saxlayaraq, türk hərbi hissələri tərəfindən hər yerdə məğlub edilmiş və təqib olunmuş, Azərbaycan ərazisində peyda olmuş Andranikin təhriklərinə uyaraq müsəlman kəndlərinə hücumlar edir, kütləvi qətl və qarətlər törədirlər. Buna görə də Sizə aşağıdakı bəyanatla müraciət etməyi özümə borc bilirəm:

– Hamıya məlumdur ki, ermənilər arasında müxtəlif siyasi təşkilatlar yaranmazdan və Osmanlı imperiyasına düşmən olan dövlətlər tərəfindən onların arasında siyasi təxribatlar yayılmazdan əvvəl ermənilərlə türklər arasında heç bir anlaşılmazlıq olmayıb. Bu iki xalq bir-birinə qarşı digər xalqlardan daha çox qarşılıqlı etimad bəsləmiş, bir-birinə yaxın olmuş və dostcasına münasibət göstərmişdir.

Osmanlı imperiyasının yaranmasından etibarən Osmanlı siyasəti öz ərazisində yaşayan xalqların iqtisadi, dini və digər hüquqlarını qorumağa yönəlmişdir. Hazırkı hökumət də bu siyasəti dönmədən davam etdirir. Bunun parlaq sübutu ondan ibarətdir ki, Türkiyənin daxili və xarici dövlət idarələrində ermənilər indiyədək ən məsul vəzifələri tutmuşlar və erməni əhalisi iqtisadi baxımdan ən təminatlı əhali olmuşdur. Türkiyədə yaşayan xalqlar arasında siyasətə yoluxmamış ermənilər qədər zəngin və xoşbəxt olanı yoxdur.

Fransa, ABŞ, xüsusilə İngiltərə və keçmiş Rusiya öz siyasi maraqları naminə sizi kor alət kimi seçərək tanınmış xadimlərinizi pulla ələ almış və aranızda müxtəlif siyasi təşkilatlar yaratmışlar. Onların təhriki ilə Konstantinopolda (türk bankında), Anadoluda, Sasunda ermənilər böyük miqdarda silah və partlayıcı maddə toplamışlar. Bunun üzə çıxması ermənilərlə türklər arasında əsrlər boyu qarşılıqlı etimad və dostluq şəraitində, vahid vətənin ayrılmaz övladları kimi yanaşı yaşayan xalqlar arasında düşmənçilik alovunun baş qaldırmasına səbəb olmuşdur.

Güclü və təşkilatlanmış Türkiyə ermənilərin bütün bu hərəkətlərinə qarşı səbirli və xoşməramlı münasibət göstərmiş, öz təbəəsi olan ermənilərə hər yerdə etimad göstərmiş və yuxarıda deyildiyi kimi, onlara ən məsul vəzifələri vermişdir. Lakin onlar – ermənilər öz vətənlərinin dostuna dost, düşməninə düşmən olmaq əvəzinə, müharibə zamanı bizim qatı düşmənlərimiz sayılan İngiltərənin və həmişə məhz erməniləri təqib edən Çar Rusiyasının qucağına atılaraq, Türkiyə sərhədləri daxilində üsyan qaldırdılar və öz soydaşlarına hücum etməyə başladılar. Onlar unutdular ki, Osmanlı imperiyası bir neçə əsr ərzində onların dininə, milliyyətinə, dilinə, ədəbiyyatına, adət-ənənəsinə hörmət etmişdir. Keçmiş keçmişdə qalmışdır. Mənim Padşahımın ali əmri ilə və hökumətimin etimadını qazanaraq ilk dəfə Qafqaz sərhədlərinə daxil olduğum üçün bütün keçmişi Allahın hökmünə buraxıram. Lakin eyni zamanda, bəyan edirəm ki, mənim buraya gəlişimdən sonra baş verəcək bütün hadisələrə xüsusi diqqət yetirəcəyəm. Qarabağda və onun ətrafında, Zəngəzur qəzasında və Gəncə qəzasının dağlıq hissəsində apardığınız hazırlıqlardan xəbərim var. Sizin ürəklərinizdə hər an alovlanmağa hazır olan düşmənçilik atəşini görürəm.

Dövlətdə sülh yaratmaq niyyətilə millətlərarası qarşıdurmada iştirak edən şəxslərə səmimi şəkildə məsləhət görürəm ki, bu düşmənçilik atəşini söndürsünlər. Tökülən qan kifayətdir. Qəti şəkildə bilin ki, bundan sonra baş verəcək üsyanlarınız və digər hərəkətləriniz Osmanlı ordusuna qarşı yönəlmiş hesab olunacaq. Günahsız uşaqların həyatını qoruyun. Bütün bəşəriyyəti öz işğalçılıq arzularına qurban verən hiyləgər İngiltərənin qızılına və təxribatlarına aldanmayın və işğalçıların əlində alətə çevrilməyin.1905–1906-cı illərdə qardaş qırğını düşmənçiliyinin alovu hazırda dağılmış Çar Rusiyası tərəfindən qızışdırılmışdı. O, ermənilər və müsəlmanlar arasında ikili siyasət yürüdərək, qarşı-qarşıya gəlmiş hər iki tərəfə bərabər şəkildə silah və güllə vermişdi.

Hazırda sizin barənizdə eyni qanlı rolu İngiltərə oynayır. O, guya türk qoşunlarını Qafqazdan çıxarmaq məqsədilə aranızda yenidən parçalanma alovunu qızışdırmağa və Qafqazı erməni-müsəlman qanı ilə isidərək qırğın meydanına çevirməyə çalışır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Andranik və onun kimilərinin, insan qanına və ingilis qızılına sərxoş olaraq burada qanunsuz şəkildə yaratdıqları hökumət adi quldurlardan başqa bir şey deyildir. Osmanlı imperiyası Cənubi Qafqazda rəsmi şəkildə yaradılmış Gürcüstan, Ermənistan və Azərbaycan respublikalarından başqa heç bir hökuməti və təşkilatı tanımır. Osmanlı imperiyasının siyasi maraqları yalnız bu üç dövlətin mövcudluğuna imkan verir və onların hüquqlarına da Osmanlı dövləti tərəfindən hörmət ediləcəkdir.

Ümid edirəm ki, Azərbaycan Respublikasının düz yol tərəfdarı, sülh və azadlıq arzusunda olan erməniləri İngiltərənin hiylələrinə cəlb olunmayacaq və yerlərdə olan türk komendantlarının və yerli hakimiyyət orqanlarının əmr və sərəncamlarını sözsüz yerinə yetirəcəklər; məsuliyyətsiz xuliqanları da itaətə və qayda-qanuna dəvət edib onları düzgün yola yönəldəcəklər.

Əgər dağlarda silahlı insanların hərəkəti, müsəlman kəndlərinə hücumlar, qətllər, qarətlər və yaşayış məntəqələri arasındakı əlaqə yollarının bağlanması dərhal dayandırılmasa, sadalanan hərəkətlərin arzuolunmaz nəticələrinə görə məsuliyyət erməni əhalisinin nümayəndələrinin vicdanına düşəcəkdir”.

Nuru Paşa
(EMA, f. 252, siyahı 2, iş 1, v. 11, iş 23, v. 1. Əsli. Çap olunmuş nüsxə)

Nuru Paşanın bu müraciəti proqram xarakterli sənəd kimi qarşımıza çıxır. Komandan o dövrdə baş verən hadisələrdən xəbərdar olduğunu və erməni hərəkətlərinin xarakterini bildiyini ifadə edirdi. Ermənilərlə türklər arasında baş verən olayların arxasında hansı qüvvələrin dayandığından da xəbərdar idi. O, Bakıya hərbi yürüş planlaşdırırdı və bunun qələbə ilə nəticələnməsi üçün ermənilərin əl-ayağa dolaşmasının qarşısını almaq üçün önləyici tədbirlər görməyi ortaya qoyurdu.

Ermənilərə xəbərdarlıq edir, müsəlman kəndlərinə hücumlar, qətllər, qarətlər və yaşayış məntəqələri arasındakı əlaqə yollarının bağlanması dərhal dayandırılmasa, sərt tədbirlər görüləcəyini dilə gətirirdi. Həm də “erməni məsələsi”ni dərindən bildiyini ifadə edirdi. Tarixə müraciət edir və ermənilərlə türklər arasında münaqişənin müəlliflərini açıq şəkildə göstərirdi.

Bir zamanlar Rusiyanın, indi isə İngiltərənin oynadıqları iyrənc rolu ermənilərin nəzərinə çatdırır, qaniçən Andranikin təhriki ilə təxribatların heç bir nəticə verməyəcəyini bildirir və hələ o zaman bu gün ifadə etdiyimiz Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir – nidasını qoyurdu. Nuru Paşa burada Andranikin Zəngəzurda olmasına işarə edir və həmin ərazini Azərbaycana məxsus ərazi kimi təqdim edirdi.

2-ci müraciət: Ermənilər!
Mən sizə xəbərdarlıq edirəm!

“Ermənilər! Mən sizə xəbərdarlıq edirəm: sakit olun! Siz də türklər kimi eyni dövlətin təbəələrisiniz və mən sizə də başqalarına münasibət göstərdiyim kimi eyni münasibət göstərirəm. Lakin sizin macəraçı Andranikiniz ingilislərin təhriki ilə Qarabağda peyda olub və sizi üsyana çağırır. Sizə xəbərdarlıq edirəm ki, sakit oturun və Andranikə qoşulmayın. Əks halda mən özümü bütün məsuliyyətdən azad hesab edirəm və bildirirəm ki, burada da Adanada olanlar təkrarlana bilər”.

Nuru Paşa

Sənəd türkcə və ermənicə çap edilmiş və 1918-ci ilin sentyabr ayının ilk günlərində Gəncə şəhərində binaların divarlarına yapışdırılmış, ermənilər yaşayan kəndlərdə yayılmışdır. Sənədin Osmanlı türkcəsində və ermənicə əsli EMA, f. 252, siyahı 2, iş 1, v. 12-də, rusca əsli isə EMA, f. 370, siyahı 3, iş 64, v. 1-də saxlanılır. Bu müraciət “Joxovrdi dzaynı” (“Xalqın səsi”15 sentyabr 1918-ci il) adlı erməni qəzetində, daha sonra “Aşxatavor” (18.sentyabr 1918-ci il), “Horizon” (18 sentyabr 1918-ci il) və “Mşak” (20 sentyabr 1918 və 18 fevral 1919-ci illər) qəzetlərində dərc edilib.

Bu müraciətdə əsas hədəf Andranikdir, onun başına topladığı quldur dəstələri yeni yaradılmış Azərbaycan Respublikasına təhdidini davam etdirir, erməniləri üsyana və Azərbaycana tabe olmamağa çağırırdı. Nuru Paşa erməni əhalini xəbərdar edirdi ki, onlar Andranikə qoşulsalar, halları çox pis olacaq. Burada Nuru Paşanın Adana olaylarını xatırlatması təsadüfi deyil. 1909-cu ildə yenə xarici ölkələrin və erməni haydud dəstələrinin təhriki ilə Adana erməniləri üsyana qalxmış və Osmanlı dövləti bu qanunsuz fəaliyyətə sərt cavab vermişdi.

Nuri Paşanın özünün apardığı “Azərbaycan inzibati bölgüsü”nə görə Zəngəzur da Qarabağ hərbi komendantlığının tərkibinə daxil edilirdi.

3-cü müraciət:
Zəngəzur qəzasının bütün əhalisinə

“Bütün kainatda rifahın zəruri şərtləri ümumi sülh və həyatın sakitliyidir. Bu, xüsusilə əsrlər boyu yanaşı yaşayan, kədər və sevinclərini bir-biri ilə bölüşən qonşu xalqlar üçün daha böyük əhəmiyyət daşıyır. Son zamanlar Gəncə və ona bitişik vilayətlərdə fasiləsiz olaraq qarətlər, iğtişaşlar, düşmənçilik, kişi və qadınların, varlı və kasıbların, şəhərli və kəndlilərin öldürülməsi müşahidə olunur. Sanki məsuliyyətsiz erməni və türk ünsürləri qarət həvəsinə qapılaraq bir-birini üstələməyə çalışır, anarxiyanın ağuşuna düşərək bütün müqəddəslikləri tapdalayır, bir-birinin ev-eşiyini dağıdır və ətraflarında cəhənnəm həyatı yaradırlar.

Mən Osmanlı dövləti adından bütün ermənilərdən və türklərdən sakitlik, tam əmin-amanlıq, quruculuq və ictimai yaradıcılıq həyatı, iki xalq arasında mehriban qonşuluq münasibətləri tələb edirəm. Əminəm ki, Zəngəzurun türk və erməni əhalisi mənim təmiz ürəkdən gələn fikir və hisslərimə rəğbət bəsləyərək gündəlik həyatın acı yükünü çiyinlərindən atacaq, son vaxtlar törətdikləri iyrənc və şərəfsiz, daha doğrusu, fəlakətə səbəb olan əməllərdən və addımlardan əl çəkib, əl-ələ verərək bütün qüvvələri ilə qəzanın sakitliyini və bununla sıx bağlı olan öz rifahlarını bərpa etmək üçün səmimi şəkildə çalışacaqlar.

İnsanpərvərlik hissi ilə dolu olaraq bütün Zəngəzur sakinlərinə, milliyyətindən və dinindən asılı olmayaraq, bəyan edirəm:

– Bir olun! Bundan sonra vətəninizin rifahı və çiçəklənməsi qayğısına qalın və Şuşa şəhərində təşkil edilmiş komissiya ilə məsləhətləşərək icra hakimiyyətinin üzvlərini sizin yanınıza göndərdiyim həmin hakimiyyətə tabe olun. İdarə heyətinin üzvləri öz vəzifələrində ayıq-sayıq və ədalətli olacaqlar. Onların bütün qanuni sərəncamlarına hər bir vətənpərvər vətəndaşa yaraşdığı təhər tabe olmaq lazımdır. Əks halda təqsirkarlar ən ciddi məsuliyyətə və cəzaya məruz qalacaqlar”.

Nuru Paşa.
(EMA, f. 252, siyahı 2, iş 1, v. 17, iş 24, v. 1; f. 370, siyahı 1, iş 33, v. 45. Əsli. Çap olunmuş nüsxə.)

Bu müraciət Bakı işğaldan azad ediləndən sonra edilib. Artıq Nuru Paşanı əmin-amanlıq şəraitində ölkənin inkişafı və hər cür xaosdan, qarışıqlıqdan uzaq bir mühitin yaranması maraqlandırır. Bu müraciətdən məlum olur ki, onun erməni əhaliyə əvvəlki müraciətlərinin təsiri olmuş və Nuru Paşa məqsədinə nail ola bilmişdi. Zəngəzur qəzasında durum digər yerlərdən fərqli olduğundan buradakı proseslərə yanaşma da fərqlidir. Nuru Paşa burada bütün əhaliyə müraciət edir, həm azərbaycanlı, həm də erməni əhalidən əmin-amanlıq yaradılması üçün qanunlara tabe olmalarını istəyir

Bu sənədlərlə birlikdə Andranikin Nuru Paşaya cavabı da (30 sentyabr (13 oktyabr, 1918)-cü il) saxlanmaqdadır. Nuru Paşanın bu üç mükəmməl müraciətində ermənilərin iç üzünün açılması və onların Cənubi Qafqazda oynadıqları rol, Andranikin isə iyrənc siyasətdə alət olması dəqiqliklə ifadə edilib. Bu səbəbdən Andranik Nuru Paşaya qəzəbli bir məktub yazmışdı. O bu məktubda düşdükləri ağır durumu, məğlub vəziyyəti bu və ya başqa şəkildə təsvir edir.

Nə vaxtsa türklərə qarşı apardığı döyüşləri xatırlatmaqla bir növ cinayətlərini etiraf edir. Bu məktubdan o da bəlli olur ki, Nuru Paşanın meydanda olduğu təqdirdə Andranik kimilərinə yer yoxdur. Bir qədər sonra Ermənistan hökuməti ilə də problem yaşayan Andranik ordusunu buraxır və Azərbaycan torpaqlarından rədd olub gedir.

Nuru Paşanın ermənilərə müraciətləri tariximizin həmin dönəmi üçün çox əhəmiyyətli və son dərəcə dəyərli sənədlərdir. Bu sənədlərlə Bakının düşmən işğalından azad edilməsinə rəhbərlik etmiş şəxsiyyətin böyüklüyü də təsdiq olunmaqdadır. Nuru Paşa Azərbaycana gələndə inanırdı ki, heç bir qüvvə Azərbaycan torpaqlarının azad edilməsində onun qarşısını ala bilməz.

Qafar Çaxmaqlı,
“Xalq qəzeti”nin Türkiyə müxbiri